• cümə, 19 Aprel, 20:06
  • Baku Bakı 24°C

Bu gün Azərbaycanın qrup komandası mübarizəyə qatılır

21.09.19 10:38 817
Bu gün Azərbaycanın qrup komandası mübarizəyə qatılır
Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının altıncı günü start götürəcək.
Trend-in məlumatına görə, bu gün qrup yarışlarında - 5 top, 3 halqa və 2 cüt gürzlərlə yarışlar keçiriləcək. Nəticələr üzrə finala çıxan komandalar və çoxnövçülükdə qaliblər müəyyənləşəcək.
Eləcə də 5 komanda Olimpiya Oyunları-2020 üçün lisenziyalar qazanacaq.
Yarışlar saat 14:30-da başlayacaq və Azərbaycanı Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümbətova və Darya Sorokina təmsil edəcəklər.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").
banner

Oxşar Xəbərlər