• çərşənbə axşamı, 19 mart, 15:47
  • Baku Bakı 8°C

“Belə təəssürat yaranır ki, qəsdən qol buraxırıq”

16.09.19 14:16 603
“Belə təəssürat yaranır ki, qəsdən qol buraxırıq”
"Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq "Uotford”la qarşılaşmadan (2:2) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Obameyanq 2:0 öndə olduqları qarşılaşmada qələbəni necə əldən verdiklərinə izah tapa bilmədiyini deyib. O, buraxılan qollara görə utanmalı olduqlarını da vurğulayıb:
"Aydındır ki, "Uotford”un belə dönüş edəcəyini gözləmirdik. Baxmayaraq ki, başa düşürdük ki, rəqib oyuna qayıtmaq istəyir.
Onlar tempi qaldırdılar və biz buna tab gətirməyi bacarmadıq. Belə təəssürat yaranır ki, qəsdən qol buraxırıq.
Kimisə günahlandırmaq niyyətində deyiləm. Kimsə deyə bilər ki, 3-cü qolu vurub, qarşılaşmanın taleyini həll etməli idik. Ona görə də heç kimi günahlandıra bilmərəm. Ancaq onu deyə bilərəm ki, belə qollar buraxdığımız üçün utanmalıyıq”.
banner

Oxşar Xəbərlər