• cümə, 29 Mart, 19:58
  • Baku Bakı 14°C

“Barsa”dan iddia: O, “Yuve”yə pula görə keçib

20.09.19 14:15 619
“Barsa”dan iddia: O, “Yuve”yə pula görə keçib
"Barselona”nın baş direktoru Oskar Qrau hollanda Matteys de Liqtin "yuventus”a keçidi barədə danışıb.
Kaspi.az xəbər verir ki, Oskar de Liqtə təklif göndərdiklərini bildirib. Ancaq o, İspaniyadakı yüksək vergiləri nəzərə alaraq "Yuve”yə keçməyə üstünlük verib:
"Biz yayda Matteysə olduqca yaxşı müqavilə təklif etdik. Ancaq o, "Yuventus”un təklifini qəbul etdi. Ona görə ki, İtaliya qanunvericiliyi imkan verir ki, əlinə daha çox pul gəlsin”.
"Barsa” yayda de Liqtin sabiq həmklubu Frenk de Yonqu transfer edib. De Liqtin keçidi "Yuve”yə 85,5 milyon avroya başa gəlib.
banner

Oxşar Xəbərlər