AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi nəşrləri

Bu il AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 85 illik
yubileyini təntənəli surətdə bayram edəcək.
Akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA Rəyasət
Heyətinin qərarından irəli gələn vəzifələr yüksək səviyyədə həyata keçirilməkdədir.
Ötən ildə institutun 85 illiyinə elmi əməkdaşların töhfəsi böyük olub. İl ərzində
onların dövri mətbuatda 1483 məqaləsi (o cümlədən 145 məqalə xarici ölkədə, 13
məqalə isə impakt faktorlu jurnalda), 35 elmi kitabı, 35 tərtibat kitabı, 8
elmi konfransın materialları kitabları, 8 bədii kitab, 12 tərcümə kitabı, 5
institut jurnalı çap olunub. Nəşr edilmiş kitab və məqalələrin elektron
variantı institut saytında yerləşdirilib.
Elmi informasiya və tərcümə şöbəsi il ərzində
institutun 3 dildə yeni versiyalı
saytını hazırlayıb. Saytın ideya müəllifi və baş məsləhətçisi akademik İsa Həbibbəylidir.Şöbə institutun keçirdiyi tədbirlər üçün 1546 slayd, 84 videoçarx və
2 kitab hazırlayıb, ilk dəfə YouTube-da instituta aid 9 video-təqdimat yerləşdirib.İnstitutda 18 elmi-tədqiqat şöbəsi, 8 elmi-yardımçı qurumlar fəaliyyət
göstərir.Ötən il akademik İsa Həbibbəyli haqqında
professor Yusif Seyidovun "Akademik İsa Həbibbəyli” (Bakı, "Elm və təhsil”,
2017, 292 s.) monoqrafiyası çapdan çıxıb. Kitabda akademikin elmi-pedaqoji və
ictimai fəaliyyətindən bəhs olunub. Monoqrafiyanın elmi redaktoru dos.
Ağahüseyn Şükürov və rus dilinə tərcümənin müəllifi Natəvan Xəlilovadır.2017-ci ildə akademik İsa Həbibbəylinin 10
cilddə seçilmiş əsərlərinin "Ədəbi şəxsiyyət və zaman” adlı II cildi (Bakı,
"Elm və təhsil”, 2017, 1068 s.) çapdan çıxıb. Alimin çoxəsrlik Azərbaycan ədəbiyyatının
müxtəlif tarixi mərhələlərdə yaşayıb-yaratmış görkəmli ədəbi simalarına və
müasir yaradıcılarına həsr olunmuş əsərləri oxuculara təqdim olunub. (Elmi
redaktor akademik Teymur Kərimlidir).
İsa Həbibbəylinin "Duzdağ mozaikası” (Bakı,
"Elm və təhsil”, 2017, 308 s.), "Naxçıvan xalçaçılığı: ənənə və müasirlik”
(Vidadi Muradovla birlikdə) (Bakı, "Elm”, 2017, 284 s.) monoqrafiyaları da ilin
nəşrlərindəndir. Birinci kitabın elmi redaktoru akademik İsmayıl Hacıyev, məsul
redaktoru filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur. Kitabda Azərbaycan
Respublikasının Naxçıvan diyarındakı qədim duz mədənlərinə aid məqalələr və
şeirlər toplanıb.
İkinci kitabın elmi redaktoru akademik Nailə
Vəlixanlıdır. Kitab "Azərbaycan xalçaları bütün qrupları ilə” adlı
elmi-fundamental layihə çərçivəsində Azərbaycan, ingilis və rus dillərində nəşr
olunub. Burada Naxçıvan diyarının tarixi inkişafı, boyaqçılıq və xalçaçılıq ənənələri,
xalçaçıları və xalçaları haqqında məlumat verilib, fotoşəkillər təqdim olunub.
2013-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasının Babək, Şərur, Ordubad, Sədərək,
Kəngərli, Culfa rayonlarında aparılmış etnoqrafik tədqiqatlar zamanı əldə
edilmiş materiallardan, o cümlədən Naxçıvan Dövlət Xalça Muzeyinin fondunda
saxlanılan xalça və xalça məmulatlarının fotoşəkillərindən istifadə edilib.
Kitab Azərbaycan tarixi məsələləri, xalçaçılıq sənəti ilə məşğul olan mütəxəssislər,
tələbələr, xalça həvəskarları, habelə, geniş oxucu kütləsi üçün nəzərdə
tutulub.
2017-ci ildə akademik İsa Həbibbəylinin 3
kitabı, 69 məqaləsi, xarici dillərdə 17 məqaləsi, elmi redaktorluq etdiyi, ön
söz yazdığı 39 kitabı nəşr olunub. O, 21 beynəlxalq konfransda çıxış edib.2017-ci ildə sabiq direktor müavini, prof. Məmməd
Əliyevin 2 məqaləsi, direktor müavini, dos. Aygün Bağırlının 3 məqaləsi, 1
konfrans məruzəsi çap edilib, 3 kitabın redaktoru olub.Şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsi ötən ildə 7 kitab, yerli mətbuatda 32, xaricdə isə
1 məqalə çap etdirib. Şöbənin müdiri, Əməkdar elm xadimi, professor Məhərrəm
Qasımlının "Folklor və ədəbiyyat araşdırmaları” monoqrafiyasında elmi-nəzəri əsərləri,
xüsusilə, folklor və divan ədəbiyyatı, eləcə də çağdaş ədəbi həyat barəsində tədqiqləri
özünə yer alıb. Prof. Məhərrəm Qasımlı Moskvada "Azərbaycan aşıqlarının musiqi
və söz repertuarı”, Türkiyənin Qars şəhərində Kafkas Universitetinin təşkil
etdiyi beynəlxalq konfransda "Aşıq ədəbiyyatının milli və tarixi özəlliyi”,
professor Qəzənfər Paşayev isə "Əta Tərzibaşinin Azərbaycan–İraq ədəbi-mədəni əlaqələrində
rolu” mövzusunda məruzə edib. 2017-ci ildə M.Qasımlının (Orxan Paşa) "Taleyimdən
və ürəyimdən keçənlər” adlı gündəlikləri çap olunub.
Şöbənin əməkdaşı, professor Qəzənfər Paşayevin keçən il 80 illiyi
münasibətilə üç kitabı: "Ədəbi estafetlərdə keçən ömür”, "Həyat düşüncələri” və
"Fotodastan” kitabları çap olunub. Birinci kitabda görkəmli ədəbiyyatşünas,
folklorşünas–alim, dilçi və mətnşünas, professor Qəzənfər Paşayevin 2012-ci ildən
qəzet və jurnallarda çıxan məqalələri özünə yer alıb. Müəllifin kitabı ədəbi-elmi-publisistik
məqalələr toplusundan ibarətdir. İkinci kitabda şair Vaqif Bəhmənlinin alimlə
geniş müsahibəsi professorun elm, sənət, ədəbiyyat və həyat haqqında bədii-fəlsəfi
düşüncələrini əks etdirir. Üçüncü kitab yalnız fotolardan ibarət olmayıb, mətn
yazılarını da əhatə edir. Kitab vətənə, elmə və yaradıcı Sözə bağlı olan şərəfli
insanın həyatı haqqında mənəvi sərvətin ifadəsidir.
Şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin əməkdaşları
hazırda 10 cilddə "Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildini nəşrə
hazırlayıb. Kitab çapdadır.
Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsi 2017-ci ildə yerli mətbuatda 25, xarici mətbuatda
isə 4 məqalə çap etdirib. Şöbənin müdiri, professor İmamverdi Həmidovun ötən il
– "Xaqani Şirvani” (ərəbcə şeirləri) qiymətli filoloji tərcümə adlı kitabı nəşr
olunub. Müəllif kitaba ön söz yazıb, izahlar və şərhlər verib. Tərcüməçi
bildirir ki, Xaqaninin ərəbcə şeirləri 506 beyt olub, qəsidə və qitələrdən ibarətdir.
Şeirlərdə İraq, Misir, Yəmən, Şirvan və Bağdad haqqında düşüncələr ifadə
edilib. Professor İ.Həmidovun filoloji tərcüməsi ilk dəfə şairin ərəbcə şeirlərinin
hamısını əhatə edib. İnstitutun "Ədəbiyyat məcmuəsi”ndə Əfzələddin Xaqani
Şirvaniyə xüsusi buraxılış həsr edilib (Bakı, "Elm və təhsil”, 2017) və Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun əsərlərinin XXX cildində özünə yer alıb.
Şöbənin əməkdaşları il ərzində respublikamızda 7, xarici ölkələrdə isə
6 konfransda çıxış edib.Hazırda şöbə əməkdaşları 10 cilddə "Azərbaycan ədəbiyyatı tarixi”nin
II cildi üzərində gərgin iş aparır.2017-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Şabran
ictimaiyyəti ilə birlikdə sessiya keçirib. Sessiyanın işində şöbə əməkdaşları fəal
iştirak edib. Sessiyada Şabran İH-nin başçısı Novruz Novruzov, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, professor
İmamverdi Həmidov, professor Məmməd Əliyev, professor Vaqif Yusifli, professor
Əlizadə Əsgərli, professor Paşa Kərimov, dosent Lalə Əlizadə, elmi işçi Elnarə
Zeynalova, AYB Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu, AMEA Etnoqrafiya
İnstitutunun baş elmi işçisi, dosent Səfər Aşurov, AYB Şabran bölməsinin nümayəndəsi
çıxış ediblər.Keçən il Nizamişünaslıq şöbəsi
17 məqalə və 2 kitab çap etdirib. Filologiya üzrə fəlsəfə doktoru Zəhra
Allahverdiyevanın "Klassik Azərbaycan ədəbiyyatına dair tədqiqlər” (Bakı, "Elm
və təhsil”, 2017, 395 s.) adlı məqalələr toplusunda Nizami Gəncəvi, Məhəmməd
Füzuli, Həmdullah Həmdi, Şah İsmayıl Xətai, Xacu Kirmani, Əlişir Nəvai kimi
klassiklərin həyat və yaradıcılığı, onların ədəbi təsir dairəsi, habelə, ədəbiyyatşünaslığın
bir sıra nəzəri məsələlərinə həsr olunmuş məqalələri özünə yer alıb.
Filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlovanın tərtib etdiyi
"Mirzə Məhəmməd Axundov. Şeyx Nizami” (Bakı, "Zərdabi LTD”, 2017, 136 s.)
kitabı ilk dəfə 1909-cu ildə əski əlifba ilə Gəncədə Əhməd Hacı Həsənzadə mətbəəsində
nəşr olunub. Kitab haqqında Azərbaycan Nizamişünaslığında müəyyən məlumat
verilib, 1992-ci ildə professor Xeyrulla Məmmədov tərəfindən kiril əlifbasına
transliterasiyası "Ana sözü” jurnalında (1992, № 1-2) çap olunub. Təhminə Bədəlovanın
hazırladığı kitab Mirzə Məhəmməd Axundovun əsərlərinin 2016-cı ildəki təkmilləşdirilmiş
nəşridir.
2017-ci ildə AMEA-nın müxbir üzvü Nüşabə Araslı, dosent Zəhra
Allahverdiyeva, dosent Vəfa Hacıyeva, dosent Yelena Teyer və dosent Təhminə Bədəlova
müxtəlif ölkələrdə keçirilmiş konfranslarda məqalə və tezislərini çap etdirib.
Şöbə əməkdaşlarının Respublika və beynəlxalq konfranslarda 13 məruzəsi dinlənilib
və tezisləri çap olunub.
2017-ci ildə Füzulişünaslıq
sektorunun 16 məqaləsi çap olunub. Ümumilikdə 12 məqalə, 2 tezis, 2 tədris
vəsaiti və 1 tərtibat kitabı nəşr edilib.
Şöbənin müdiri, professor Ataəmi Mirzəyev "XIII-XVI əsrlər anadilli
Azərbaycan epik şeiri” adlı dərs vəsaiti, "Orta əsrlər Azərbaycan ədəbiyyatı
(XIII-XVI əsrlər)” fənni üzrə magistratura təhsil pilləsi üçün proqram çap
etdirib, professor Əlyar Səfərlinin seçilmiş əsərlərindən ibarət kitabı nəşrə
hazırlayıb.
Professor Ataəmi Mirzəyevin "XIII-XVI əsrlər anadilli Azərbaycan epik
şeiri” adlı dərs vəsaitində (Bakı, "Avropa”, 2017, 192 s.) anadilli Azərbaycan
epik şeirinin təşəkkülü və inkişaf istiqamətləri əsas tədqiqat obyekti
götürülüb. Əlinin "Qisseyi-Yusif”, "Dastani-Əhməd Hərami”, eləcə də XIV-XVI ərslərin
ədəbi örnəklərindən Suli Fəqihin "Yusif və Züleyxa”, Yusif Məddahın "Vərqa və
Gülşah”, Mustafa Zəririn "Qisseyi-Yusif”, Ümmi İsanın "Mehr və Vəfa”, Şəms və Xətai
Təbrizinin "Yusif və Züleyxa”, Həqiqinin "Leyli və Məcnun” məsnəviləri tarixi-ədəbi
kontekstdə araşdırılıb.
AMEA-nın müxbir üzvü Əlyar Səfərlinin 80 illiyi münasibətilə nəşrin
ön söz müəllifi akademik İsa Həbibbəyli və professor Ataəmi Mirzəyev, tərtibçilər
A.Mirzəyev və filologiya üzrə fəlsəfə doktoru Günal Səfərlidir. Kitabın
redaktoru A.Mirzəyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc
Ağayevadır. Kitaba professor Ə.Səfərlinin "Məsihi”, "XVII-XVIII əsrlər Azərbaycan
epik şeiri” və "Azərbaycan ədəbiyyatı tarixi” kitabından götürülmüş "Füzuli”
oçerki daxil edilib. Kitabdan ədəbiyyatşünaslar, ali məktəb müəllimləri və tələbələri
istifadə edə bilər. Bu münasibətlə 27 dekabr 2017-ci ildə respublika Elmi
Konfransı keçirilib və "Mənəvi sərvətlərimizin sorağında” adlı konfrans
materialları çap olunub.
Yeri gəlmişkən, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu gürcü alimi
Elizbar Cavelidzenin "Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” (Bakı,
"Elm və təhsil”, 2017, 144 s.) monoqrafiyasını da çap edib. Nəşrin ön söz müəllifi,
akademik İsa Həbibbəyli, elmi redaktoru, professor Bədirxan Əhmədov, tərcümə edəni
Mirzə Məhəmmədoğludur. Kitabı nəşr etməkdə məqsəd Azərbaycan ədəbiyyatşünaslığında
haqqında monoqrafiya və məqalələr yazılmış dahi Azərbaycan şairi Məhəmməd
Füzuli yaradıcılığına kənardan baxışı ifadə etmək və Azərbaycan-gürcü ədəbi əlaqələrini
genişləndirməkdən ibarət olub.
Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində il ərzində 2 kitab, 2 monoqrafiya, 1 tezis, 35 məqalə,
1 dərs vəsaiti çap edilib. Şöbənin müdiri, professor Fəridə Əzizovanın "Klassik
ərəb poeziyasında Azərbaycan şairləri: genezis, poetika (VIII-XI)” (Bakı,
"Elm”, 2017, 200 s.) adlı monoqrafiyasında müxtəlif tipli mədəniyyətlərin
bir-birinə təsiri, qaynayıb-qarışması zəminində klassik ərəb ədəbiyyatının
xarakterini müəyyənləşdirən mürəkkəb ədəbi proses öyrənilib. Tədqiqatda İslam
dinini qəbul etmiş xalqların fəal ədəbiyyat yaradıcılarının iştirakı ilə ərəb
linqvistik mühitinə türk poetik sisteminin təsiri araşdırılıb, habelə, onun
şüur, düşüncə və idrakının arxaik qatları ilə bağlı olan, bədii kateqoriyaları
gətirmiş ərəbdilli Azərbaycan müəlliflərinin xüsusi genezis problemlərindən bəhs
edilib.
Ötən il "Nəsimi–600” ("Ey Nəsimi, cahanı tutdu sözün”) mövzusunda
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Azadə Rüstəmovanın xatirəsinə
ithaf olunmuş III Beynəlxalq elmi konfransın materialları (Bakı, "Elm”, 2017,
330 s.) çap olunub. Kitabda 24-25 iyun 2017-ci ildə AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Bakı şəhərində keçirilmiş "Nəsimi–600”
mövzusunda Beynəlxalq elmi konfransın materialları toplanıb. Redaksiya heyəti
akademik İsa Həbibbəyli (sədr), professor Fəridə Əzizova (elmi redaktor) və
dosent Zəkulla Bayramlı (nəşrə məsul) olub. Kitab institutun Elmi Şurasının 10
aprel 2017-ci il tarixli (pr. № 5) qərarı ilə çap olunub.
Hacı Firudin Qurbansoyun "Azərbaycana göndərilən peyğəmbərlər”
monoqrafiyasının rəyçiləri professor Fəridə Əzizova və professor Mahirə
Quliyeva, məsləhətçisi akademik Vasim Məmmədəliyev, elmi redaktoru dosent Vüqar
Qaradağlıdır. Kitabdan Azərbaycanşünaslıq, Peyğəmbərlər tarixi və
Multikulturalizm fənlərindən dərs deyənlər, bakalavr, magistr və doktorantlar
istifadə edə bilərlər.
Ardı var
Əlizadə Əsgərli
