2022-ci ilə qədər “Real”a keçməyəcək
Dortmund
"Borussiya”sının futbolçusu Erlinq
Hollanın "Real”a transferi baş tutmayacaq.
Kaspi.az xəbər
verir ki, Hollan "Borussiya”da qalmağa üstünlük verib. Onun "kral klubu”na
2022-ci ildən tez keçməyəcəyi bildirilir.
Məlumata görə,
Dortmund klubunun rəhbərliyi 19 yaşlı hücumçunun agenti Mino Rayola ilə razılıq
əldə edib. Hollan ən azı 2022-ci ili n yayına qədər "Borussiya”da oynayacaq.
Onun klubla
müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Hollan "Borussiya”ya bu
ilin qışında keçib. O, 12 oyunda 13 qol vurub.