Post insan

Ədəbiyyatda yeni ideyaların yaranması heç vaxt birmənalı qarşılanmır. Tarixən belə olub və belə də olacaq. Yeni fikir həmişə ətrafında əks fikirli müzakirəçilər toplayıb. Postmodernizmdən sonra gündəmə gətirilən “post insan” anlayışı da eləcə. “Kaspi”nin ənənəvi “Müzakirə”si “Post insan konsepsiyası nədir və bunun ədəbiyyatımıza hansı xeyri ola bilər?” sualına cavab axtarıb.
Ədəbiyyat ölüm bataqlığında
«Son 10-15 ildə Azərbaycan ədəbiyyatı postmodernizm anlayışı ətrafında fırlanırdı. Postmodernizm dağıdıcılıqla, ölümlə bağlı anlayış idi. Bu, bəlkə də keçid dövrü üçün səciyyəvi idi. Yəni keçid dövrünün xaotik dövrünə uyğun idi. Amma keçid dövrü başa çatdı, yeni düzən, yeni insan meydana gəldiyi üçün ədəbiyyatı səfərbər edə biləcək yeni anlayışa ehtiyac vardı. Mənə elə gəlir ki, bu anlayış post insan anlayışıdır”- deyə yeni anlayışı gündəmə gətirən tənqidçi Əsəd Cahangirin fikrincə, kimsə bu anlayışın xeyrinə, kimsə də ziyanına danışa bilər. Belə ki, hər kəs ona bir prizmadan baxır: “Post insan anlayışının da bütün anlayışlar kimi müsbət və mənfi tərəfləri var. Hər kəs bu anlayışı görmək istədiyi və görə bildiyi kimi görür. Ancaq bir həqiqət qaçılmazdır ki, artıq elmin, ağlın inkişafı, zamanın tələbi bizi post insan problemi ilə üz-üzə qoyub. Yalnız o xalqlar yer üzündəki mövcudiyyətini sübut edəcək ki, post insan anlayışını qəbul edəcəklər. Yalnız o ədəbiyyatlar inkişaf edəcək ki, onlar post insan anlayışını öz yazıçılarının timsalında inkişaf etdirəcəklər». Tənqidçi hesab edir ki, post insan heç də insanlıqdan imtina etmək demək deyil: “Nəsimi ona «ənəlhəqq», alman filosofu Nitşe «fövqəlinsan» deyirdi. Post insan həmin tarixi ideyaların yeni tarixi nümunəsidir. İnsan cəmiyyətdə ona verilən fiziki, əqli və psixoloji məhdudiyyətlərlə barışmır. O, özünün gizli qalan potensial imkanlarını açır, fenomenal qabiliyyətlərini inkişaf etdirir. Burada qorxulu, qeyri-adi bir şey görmürəm. Məsələn, biz bu gün internetdən istifadə edirik. Post insandan imtina etmək təxminən «mən internetdən istifadə etmirəm, qələmlə yazıram», və yaxud «mən televizora baxmıram, radioya qulaq asmıram» kimi fikirlərə bənzəyir. Burada bizim yalnız bir fikrimiz ola bilər: onu dərk etməyə, mənimsəməyə çalışmaq. Dünya xalqlarının ədəbiyyatından geri qalmamaq”. Tənqidçinin fikrincə, kompyuterlə məşğul olan insan müəyyən mənada post insandır. Müasir texnologiyanı mənimsəmiş insan artıq müəyyən mənada post insana məxsus keyfiyyətləri özündə əks etdirir: “Bu, günümüzə birbaşa fəlsəfi-estetik termin kimi daxil olmağa başlayır. İki il öncə mən postmodernizmdən yazanda kəskin etirazlar olmuşdu. Bir neçə il keçəndən sonra mənə etiraz edən adamlar özləri postmodernist əsərlər yazmağa başladılar. Daha bir neçə il keçəndən sonra isə: «Postmodernizmi Azərbaycan ədəbiyyatına biz gətirmişik»- dedilər. İnanıram ki, eyni hadisə post insan məsələsində də təkrarlanacaq”. İdeyanın kütləviləşməsinə gəlincə, tənqidçi hesab edir ki, bu anlayış postmodernizm qədər tez qəbul edilməyəcək. Belə ki, postmodernizmin ideyası «Hər şey hamı üçündür» şüarı olduğundan ona kütləvilik xas idi. Post insanda isə insandan qeyri-adi, fenomenal xüsusiyyətlər tələb olunur. Bu baxımdan bu, daha elitar, intellektual anlayışdır: “Post insan kütləvi anlayış deyil. Buna etiraz edən insanlar da başa düşürlər ki, bu, hansısa mənada onların gedəcəkləri yol deyil. Bu, xüsusi istedadlı və qabiliyyətli insanlar üçündür. Ancaq mən inanıram ki, elm və texnika sürətlə inkişaf etdiyi üçün bu anlayış da bir gün hamıya aid olacaq, sosiallaşacaq və bədiiləşəcək, həmçinin cəmiyyətdə özünə yer tapacaq. Bu o deməkdir ki, Allahın verdiyi fenomenal qabiliyyətləri insan öz ağlı ilə özü əldə edir. Axı insanın ağlı və elmi son dərəcə inkişaf edib. Məsələn, tibb elmi o qədər inkişaf edib ki, insanın ömrünü uzadırlar». Tənqidçi hesab edir ki, post insan anlayışını müəyyən mənada təbliğ etmək lazımdır. Belə ki, ziddiyyət olmayan yerdə inkişaf olmur: «Baxın, xüsusən cavanların əsərlərinin hamısında qəhrəmanların taleyi ölümlə bitir. Hətta göydən yerə bir mələk gəlir, o da ölür, Yer kürəsində həyat donur. Bütün bunlar onu göstərir ki, ədəbiyyat ölüm bataqlığında çabalayır. Onu ölüm girdabından qurtarmaq, ona yeni nəfəs vermək üçün ciddi bir anlayışa ehtiyac var”. Ə.Cahangirin fikrincə, post insan anlayışı insanın öz gücünə, öz potensialına və intellektinə inam hissi oyadır. Çünki yeni ideyaların qəbulu o qədər də asan məsələ deyil: “Əgər kimsə fikirləşirsə ki, mən bir ideya irəli sürəcəyəm və hamı buna əl çalacaq, bu, mümkün deyil. O cümlədən mən də bu ideyanı irəli sürəndə hansı çətinliklər yaranacağını bilirdim. Çünki 15 il bundan əvvəl həmin hücumları postmodernizm məsələsində görmüşdüm. Tarixən həmişə yeni ideyalar təpkilərlə qarşılanıb, müəyyən müddətdən sonra isə qəbul edilib...»
İnsani-kamilə ehtiyac
Yazar Həmid Herisçi yeni insana həmişə ehtiyac olduğunu bildirir: “Belə bir düşüncə var: insanların imkanları məhduddur. Bu, qədim sufilərdə – Nəimidə, Nəsimidə vardı. Nizamidə də özünü göstərirdi. Onlar kamil insan yaratmaq istəyirdilər. Bu kamil insan müəyyən qədər xanəgahlarda və ya çiləxanalarda yetişdirilirdi. Ədəbiyyatda «İnsani-kamilə ehtiyac var» fikri vardı. Sonradan maarifçilər yeni insan ideyasına, onun fövqəl xüsusiyyətlərinə irad tutmağa başlayırlar. Ancaq Fridrix Nitşe fövqəlinsan surəti yaradır. O, insanı “cılız” və “gələcəyin insanı” deyə iki hissəyə bölür, onu Zərdüştün ruhu ilə əlaqələndirir. Çünki zərdüştlük də yeni insana ehtiyac olduğunu bildirirdi”. Yazarın fikrincə, yeni insanın yaranması – post insanın ilk cücərtisi Avropada Nitşedən başlayır. Belə ki, bu anlayış sonralar dünya ədəbiyyatında xeyli aktuallaşıb. Yeni texnologiyaların yaranması, nanotexnologiyaların artması, gen mühəndisliyinin vüsət alması, Hörümçək insanın – Supermenin ilk təcrübələrinın filmlərdə yer alması artıq post insan anlayışından xəbər verir: “Postmodernizm artıq tükənir. Orxan Pamuk bu cərəyanın Türkiyədə olan son nümayəndəsidir. Türkiyə bu böhranı keçə bilmir. Eləcə də İran, rus ədəbiyyatında da post insana keçə bilmirlər”. Bu anlayışları bədii mətnlərdə göstərmək qərarına gələn H.Herisçi Azərbaycanda ilk dəfə olaraq özünün «Solaxay» romanında və son hekayələrində post insanın dəqiq surətini yaradıb: “Bununla da Azərbaycan ədəbiyyatı müəyyən qədər sıçrayış elədi. Sıcrayış bizim ədəbiyyatımıza xasdır. Necə ki, Nəimi, Nəsimi, Füzuli, Nizami ədəbiyyatımızda sıçrayışdır. Bizim ədəbiyyatımızda fərdi istedadlar böyük məsələləri həll edir. Hesab edirəm ki, post insan anlayışını ədəbiyyata gətirməklə biz ədəbiyyatda sıçrayışı təmin elədik”. Post insanın ən kamil nümunələrini İsa Hüseynovun son mistik romanlarında gördüyünü qeyd edən yazar bizim ədəbiyyatın post insan surətini yaradacağına inanır.
Ajiotaj yaratmaq məqsədi
Gənc yazar Mirmehdi Ağaoğlu post insan konsepsiyasının ciddi qəbul olunmadığı fikrindədir. Belə ki, post insan ədəbi kateqoriyadan çox elmi kateqoriyadır: “Elmi-texniki tərəqqinin nailiyyətləri insanı elə bir dövrə gətirib çıxarır ki, insanla robot arasındakı sərhədin aradan qalxacağı gün mövzusu gündəmə gəlir. Belə ki, robotlara şüur verilərək onların insanlaşdırılması sərhədinin nə vaxt bitəcəyini bilmək olmur. İnsanın klonlaşdırılması, ölümün dəf edilməsi nailiyyətlərini elm əldə edə biləcəkmi – bunların hamısı mülahizədir və hələ tam təsdiqini tapmayıb. Avropa da belə düşünür. Bu baxımdan bu barədə danışmaq hələ çox tezdir. Bu cür hipotezalar, futurist fikirlər çoxdur. Sənət də bu mövzulara zaman-zaman toxunub. Yüz ildir bu mövzular var. Jül Vernin əsərlərində də post insan xüsusiyyətlərini tapmaq mümkündür. Bundan başqa, bütün fantastik yazıçıların əsərlərində bu elementlərə rast gəlmək olur”. Yazar hesab edir ki, post insan yeni texnologiyaların bəşəriyyətin gələcəyinə apardığı yerdir: “Bu həyata keçəcəkmi, keçməyəcəkmi - bunu bilmirik. Bu 50 və ya 100 ildən sonra olacaqsa, o zaman onun ədəbiyyatda da əksini danışmaq olar. Bu baxımdan bu gün ortaya belə bir fikir atıb danışmaq tezdir. Deyərdim ki, bu, bir az ajiotaj yaratmaq məqsədi daşıyır. Bunu ədəbi kateqoriya kimi gündəmə gətirmək də hələ tezdir”.
Avropanın imtina etdiyi ideya?
Yazar Aqşin Yenisey bu gün Avropanın bu kimi ideyalardan imtina etdiyini qeyd edir: “İstər Qərbdə, istərsə də Şərqdə orta əsrlərdə teosentirik dünyagörüşü üstün idi. İnkvizisiya başa çatdıqdan sonra Avropada bu ənənəvi dinmərkəzli düşüncə yavaş-yavaş yerini insanmərkəzli, yəni antroposentrik dünyagörüşünə verdi. Lakin XX əsrdə iki dünya müharibəsinin məhz Avropada baş verməsi düşüncələrdəki insanın da yerini laxlatdı. Taxt insanın, şəxsiyyətin əlindən alınıb söz və fikir azadlığı, humanizm prinsipləri, insan haqları kimi ümumi dəyərlərə verildi. Bu düşüncə forması “müəllifin ölümü”, “tarixin şəxsiyyətsizləşdirilməsi” və s. kimi ideyalarla təbliğ olunmağa başladı ki, bunun da kökündə müharibənin iflic etdiyi Avropa şüuru, Avropa nihilizmi dururdu. Post insan söhbətləri də öz başlanğıcını buradan götürdü. Amma bu gün Avropa artıq bu ideyalardan imtina edir”.
Fransız yazıçısı Mişel Uelbekin bir müsahibəsində Avropa demokratiyasının tənqidi ilə bağlı səsləndirdiyi fikirləri misal gətirən yazar hesab edir ki, Avropanın imtina etdiyi ideyalardan bizim intellektuallar indi istifadə edirlər: “Yazıçı qeyd edir ki, bir müsəlman qadını Parisdə çadralı, yəni öz inancına, istəklərinə uyğun halda gəzdiyi halda, bir fransız qızı nə üçün müsəlman ölkələrində öz istəyinə uyğun geyinə bilməz? Biz buna, islamlaşmaya qarşı mübarizə apara bilərikmi? Bu, bizim Avropa demokratiyasına zidd olmazmı? Avropa dəyərlərini qorumaq üçün başlanılan mübarizədə millətçiliyin, irqçiliyin, dini ayrı-seçkiliyin sərhədləri harada bitir? Yəni demək istədiyim odur ki, bu gün Avropa intellektualları “müəllifin ölümü”, “post insan” kimi ideyalardan imtina edirlər. Bizim intellektuallara isə, görünür, belə şeylər lazımdır”.
Təranə Məhərrəmova