Üzr istəməyə getdi, pivəyə qonaq etdilər
Reqbi üzrə dünya
çempionatında maraqlı hadisə baş verib.
Kaspi.az xəbər
verir ki, Kanada yığmasının oyunçusu Con Larsen Cənubi Afrika ilə qarşılaşmada
Tomas dyu Tuaya qarşı kobud oynadığı üçün meydandan qovulub. Rəqibə qarşı
olduqca sərt oynadığını anlayan idmançı qarşılaşmadan sonra Cənubi Afrika
yığmasının paltardəyişmə otağına gedib ki, üzr istəsin.
Orda Larseni
alqışlarla qarşılayıblar. Hətta onu pivəyə də qonaq ediblər. Amma Larsen pivə
içməkdən imtina edib və belə deyib:
"Mən sadəcə, gəlib
sizdən şəxsən üzr istəmək istədim. Sizə sağlamlıq və qalan oyunlarda uğurlar
arzulayıram”.
Kanada turnirdə
keçirdiyi hər 3 oyunda məğlub olub. Cənubi Afrika isə 1/4 finala vəsiqəni təmin
edib.