AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yığma komandaya rəhbərlik etməyi arzulayır

Yığma komandaya rəhbərlik etməyi arzulayır

İdman
03 İyun 2020, 15:45 292
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardola gələcəkdə yığma komandada çalışmaq niyyətindədir. 
 
Kaspi.az xəbər verir ki, klub karyerasında bütün titulları qazanan Pep yığma səviyyəsində də uğur əldə etməyi planlaşdırır. Onun istəyi barədə qardaşı Pere məlumat verib: 
 
"Pep nə vaxtsa yığma komandaya rəhbərlik etməyi arzulayır. Amma baxaq görək, hadisələr necə cərəyan edəcək. 
 
Belə bir məqam olacaqmı, Pep təklif alacaqmı? Bütün bunları zamanın öhdəsinə buraxaq”. 
 
Qvardiolanın "Mançester Siti” ilə müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub.