AZE | RUS | ENG |

Şekspirin sonuncu dramı

Şekspirin sonuncu dramı
406 il bundan qabaq, 1613-ci ildə Londonda növbəti tamaşa zamanı məşhur "Qlobus” teatrı yandı. O gün nümayiş olunan dram əsərindən sonra Şekspir bir daha pyes yazmadı.
Şekspirin yaratdığı və teatr üçün yazdığı dövr Yelizavetanın dövrü adlandırılsa da, pyeslərinin böyük hissəsini o Şahzadə Yelizavetanın ölümündən sonra yazıb. 1603-cü ildə 45 il İngiltərəni idarə edən şahzadənin yerinə Şotlandiya kralı VI İakov keçdi. O, hədddən artıq teatrsevər olduğundan, Londona gəlişindən sonra, Şekspirin teatrına və onun aktyorlarına azad şəkildə incəsənətlə məşğul olmağı, komediya, faciə, xronika, dram, interlüdiya, moralita, pastorali və başqa əsərlər yazmaqla sadiq təbəələrini, həmçinin özünü feyzyab etmək üçün hər cür şərait yaradılması əmrini verir. Truppa öncə "Lord Kamergeranın elçiləri” adlandırılırdı, patent aldıqdan sonra "Kralın elçiləri” adlanmağa başlandı.
"Qlobus” teatrı truppanın əməkdaşının (aktyor Richard Burbage) atasına məxsus teatrından qalan tikinti materiallarından tikilmişdi. Həmin teatrın adı sadəcə "Teatr” adlanırdı. Teatrın yerləşdiyi torpaq sahəsinin icarə vaxtı yaxınlaşırdı. Sahənin sahibi qiyməti qaldırdıqda, truppanı bu məbləğ qane etmədi. 1589-cu ildə aktyorlar və onların dostları o dövrün məşhur dülgəri, teatr binalarını tikən Piter Stritanın rəhbərliyi altında teatrı hissə-hissə sökməyə məcbur oldular. Bütün materiallar bir müddət anbarda qaldıqdan sonra, onları Temzanın cənub hissəsinə keçirib açıq səma altında məşhur "Qlobus” teatrını tikməyə başladılar.
Yüksək təbəqənin nümayəndələri lojalarda oturur, aşağı təbəqənin tamaşaçıları isə "groundling”, "stinkard” ( "dibdəki balıq”, "iylənmiş”) adlandırılır, içki içir, tütün çəkir, tamaşa zamanı atmacalar atır, popkorn əvəzinə dəniz ilbizi yeyirdilər. O zaman İngiltərədə dəniz ilbizi ən ucuz yemək sayılırdı.
"Qlobus” teatrı o dövr üçün möhtəşəm tikili sayılsa da tualet, kanalizasiya sistemi mövcud deyildi. Qeyd edək ki, müasir "Qlobus” teatrı o zamankı teatrın yerləşdiyi yerdən 200 metr aralıda tikilib. Tarixçi Frenk Kermoud yazırdı: "Biz daha heç vaxt o zamankı teatrın, qeyri-adi binanın ab-havasını görmək imkanı bir daha əldə edə bilməyəcəyik”.
1613-cü ildə "Whitehall” sarayında kralın qızı Elizabetin kəbinkəsmə mərasimi qeyd olunurdu. Bu münasibətlə Şekspirin truppası yeni evlənmiş cütlüyə, saray nümayəndələrinə "Tufan” əsəri də daxil olmaqla 14 pyes nümayiş etdirdi. "Tufan” pyesi Şekspirin ən sonuncu yazdığı əsər oldu.
Şekspir o zamanlar özü səhnəyə çıxmırdı. 29 iyun kral və saray əhli tamaşanı izləmək üçün təşrif buyurdular. "VIII Henri” adlı pyes cavan, lakin zəmanəsi üçün kifayət qədər məşhur olan dramaturq Con Fletçerlə birgə ərsəyə gətirilmişdi. Pyesdə VIII Henrinin hakimiyyət dövrü, o zamanın hadisələri nümayiş olunurdu. Tamaşa mükəmməl dekorasiyalar, aktyorların möhtəşəm geyimlərinə görə seçilirdi. Hətta inandırıcı olsun deyə, əsas səhnə zamanı həqiqi top atəşindən istifadə edilmişdi. Elə bu atəş böyük bədbəxtliyə səbəb oldu. Belə ki, Kral Henrini sarayda qarşılayan zaman açılan atəş nəticəsində havaya uçan alov təsadüfən səhnənin samandan hazırlanan tavanına dəyir. Tamaşaçılar o qədər maraqla aktyorların oyununu izləyirdilər ki, yanan tavanı heç görmürdülər. Yanğın getdikcə artır, tamaşa yarıda kəsilir. Yanğın zamanı xoşbəxtlikdən xəsarət alan olmasa da, teatrın sütunları, tavan, aktyorların kostyumları alışıb yanır.
Şekspir o zaman Londonda idi, bəlkə də öz gözləri ilə teatrın yandığını görürdü. Bu hadisələrdən sonra o həmişəlik paytaxtı tərk edir.
1613-cü ilin aprelində onun 49 yaşı tamam olmuşdu. İndiki zamanda bu yaş yazar üçün həyatın ən gözəl çağı, incəsənət baxımından parlaq dövrü sayılsa da, məhz bu yaşda Şekspir dramaturq karyerasına son qoyur.
Şekspir həyatının və yaradıcılığının tədqiqatçısı Aleksandr Anikstin (Yohann Volfqanq Höte yaradıcılığının tədqiqatçısı sayılır) fikrincə, Şekspirin istedadı tükənməmişdi. Dahi, dahi olaraq qalır, sadəcə tamaşaçı dəyişir. Onun zarafatları adi sarkazma, hazırcavablığı isə kəskin təhqirə çevrilirdi. Bəlkə də Şekspirə tamaşaçılar, real həyat darıxdırıcı gəlirdi.
O "Qlobus” teatrına məxsus pay hissəsini satıb Stratforda, öz evinə geri dönür. Şekspir bu müddət ərzində yetərincə varlı və maddi baxımdan korluq çəkməyəcək biri idi. Onsuz yaşlanan həyat yoldaşının, onsuz böyüyən qızlarının yanına qayıdan yazar sakit həyat tərzi keçirməyə başlayır. Ali təhsil almayan, yalnız İncil oxuyan qızları, heç vaxt Şekspirin pyeslərini səhnədə görməyib, görsələr belə bunu kafirlik adlandırardılar. Teatr onun şəhərində yox idi. Ümumiyyətlə, burada ictimai nümayişlər qadağan olunmuş, qanunu pozanlara isə 20 funta qədər cərimə təyin edilirdi.
Dramaturqun həyatının ilk araşdırma,ısı Nikolas Rou 1674-1718 ) Şekspirin həyatını tədqiq edərkən, onun yaşamının son illərini hamı kimi sakit, sadə, rahat, huzur içində keçirdiyini bildirir. Lakin Georq Brandes və başqa tədqiqatçılar əksini yazır. Şekspird’n ailəsi utanırdı.
Onun qoyub getdiyi truppası isə yeni "Qlobus” teatrını inşa etdirib, Şekspirin pyeslərini nümayiş etdirməyə davam edirdi.
1642-ci ildə İngiltərədə vətəndaş müharibəsi başlayır. Puritanlar (XVI-XVII əsrlərdə Böyük Britaniyada baş vermiş dini hərəkat. Puritanlar Protestanlıq məzhəbini müdafiə edirdilər.) Londonu ələ keçirib bütün teatrları bağlamağı əmr edirlər. Həmçinin məşhur "Qlobus” teatrı da bağlanır. Şekspir isə bu hadisələrdən 26 il öncə artıq vəfat etmişdi.
Müasir "Qlobus” teatrı amerikalı aktyor və rejissor Sem Vanamakerin (əslən ingilis idi) təkidilə Yelizavetanın dövrünə uyğun şəkildə yenidən tikilir. Layihənin baş məsləhətçisi professor Endru Gerr idi. Tikintini məşhur "McCurdy&Co” tikinti şirkəti öz üzərinə götürür və 1997–ci ildə "Şekspir teatrı "Qlobus” adı altında açılışı olur.
Hal-hazırda teatrda tamaşalar bütün yaz-payız (may-oktyabr) mövsümü boyu nümayiş olunur. Qeyd edək ki, teatrın tikintisi zamanı öncəki ab-havanı maksimum dərəcədə yaratmağa çalışıblar. Ekskursiya isə burada turistlər üçün mövsümün istənilən vaxtı aparılır.
 
Tərcüməçi: Aysel Aslanova 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8752
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1433
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1733
CHF 1 1 İsveçrə frankı 1.7072
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2883