• cümə axşamı, 18 aprel, 06:18
  • Baku Bakı 12°C

Ramos onu zədələməzdən əvvəl “Real”dan təklif alıbmış

18.05.20 15:30 827
Ramos onu zədələməzdən əvvəl “Real”dan təklif alıbmış
"Liverpul”un futbolçusu Məhəmməd Salah 2018-ci ildə "Real”dan təklif alıbmış.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Misir yığmasının baş məşqçisinin sabiq köməkçisi Hani Ramzi verib. Amma Salah "Liverpul”da qalmağa üstünlük verib:
"Mən Ektor Kuperlə çalışanda bizim İsveçrədə təlim-məşq bazamız vardı. Həmin vaxt Salahla söhbət etdim və o, mənə bildirdi ki, "Real”dan təklif alıb.
Şərtlər çox yaxşı idi. Amma Ektor Kuperlə də məsləhətləşdikdən sonra qərar verdi ki, "Liverpul”da qalsın. Çünki orda onun üçün hər şey yaxşı idi”.
2018-ci ilin mayın 26-da "Liverpul” ÇL-in finalında "Real”la qarşılaşdı. Oyunun əvvəlində isə Ramos Salahı zədələdi.
banner

Oxşar Xəbərlər