AZE | RUS | ENG |

“Qarabağ” avrokuboklarda oynayacaq

“Qarabağ” avrokuboklarda oynayacaq
“Qarabağ” avrokuboklara vəsiqəni təmin edib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXIX turunun oyunlarından sonra Ağdam təmsilçisi çempionatın ilk 4 pilləsində qərarlaşacağı rəsmiləşib.

“Ağ-qaralar”ı arxada qoya bilən 3 komandadan ikisi – “Zirə” və “İnter”in avrokuboklara buraxılmamağı isə əyalət klubunun Avropaya yolunu açıb. Əslində, “Qarabağ”ın böyük ölçüdə medalı da qazandığını söyləmək olar. Ağdamlıların ilk “üçlük”dən kənar qalması isə yalnız möcüzə ilə - 4 komandanın eyni xal toplaması və mini-turnirin keçirilməsi halında mümkündü.

“Qarabağ”ın “dördlük”də yerini təmin etməsi daha iki komandanın çempionluq arzusu ilə vidalaşması deməkdi. Artıq “Qəbələ” və AZAL da 1-cilik üçün nəzəri şanslarını əldən verib. “Qəbələ” şanslarını Sumqayıtda eyniadlı komanda ilə heç-heçə etməklə itiribsə, AZAL ağdamlıların qələbəsindən sonra qızıla “əlvida” deyib.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946