• çərşənbə axşamı, 19 mart, 12:24
  • Baku Bakı 8°C

“Qara Klopp”la “Qara Qvardiola” axtarırlar

08.07.20 11:45 687
“Qara Klopp”la “Qara Qvardiola” axtarırlar
İngiltərə Premyer Liqasının rəhbərliyi klublarda qaradərili mütəxəssislərin də işləməsi üçün layihə hazırlayır.
Kaspi.az xəbər verir ki, ingilislər Amerikadakı "Runi qaydası”ndan yararlanmaq niyyətindədirlər. "Çelsi”nin sabiq futbolçusu Eniola Aluko bu məsələ ilə bağlı danışıb. O, İngiltərədə tətbiq ediləcək sistemi dəstəklədiyini bildirib:
"Hesab edirəm ki, sistemin tətbiq etdiyi 30 faiz yaxşı variantdır. Bu variantın klub sahiblərinin xoşuna gəlib-gəlməyəcəyini deyə bilmərəm. Ancaq onu bilirəm ki, bu, futbola lazımdır.
Amma elə çıxmasın ki, biz nəyin bahasına olursa-olsun qaradərili mütəxəssisin işləməsinə cəhd göstəririk. Yox, belə olmamalıdır. Hesab edirəm ki, istedadlı insanlar var və onlar iş tapmaqda çətinlik çəkməməlidirlər.
Biz "Qara Klopp”, "Qara Qvardiola” axtarırıq. Onlar var, amma axtarmasaq tapa bilmərik. Ona görə də, bu axtarış üçün yol müəyyənləşdirməliyik”.
İngiltərə Premyer Liqasında qaradərili məşqçi işləmir.
banner

Oxşar Xəbərlər