• çərşənbə axşamı, 19 mart, 10:31
  • Baku Bakı 8°C

“Liverpul” ən yaxın təqibçisi ilə xal fərqini artırıb

15.12.19 09:40 578
“Liverpul” ən yaxın təqibçisi ilə xal fərqini artırıb
Dekabrın 13-də İngiltərə Premyer Liqasının 17-ci turuna start verilib.
AZƏRTACxəbər verir ki, turun açılış görüşündə lider "Liverpul” doğma meydanında "Uotford” komandasını qəbul edib. Hər iki hissədə bir qol vuran "Liverpul” çempionluq yolunda vacib üç xal qazanıb. Bu qələbədən sonra "Liverpul” üçüncü pillədə qərarlaşan əzəli rəqibi "Mançester Siti”ni 17 xal qabaqlayır.
Turnir cədvəlində ikinci pillədə qərarlaşan "Lester Siti” autsayder "Norviç Siti”ni qonaq edib. Gərgin hücumlarla yadda qalan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Çempionluğa iddialı "Çelsi” klubu da öz meydanında xal itkisi ilə üzləşib. London təmsilçisi doğma meydanda "Bortsmunt” komandasına minimal hesabla məğlub olub.
Günün digər oyunlarında "Şeffild Yunayted” doğma azarkeşlər önündə "Aston Villa”nı 2:0, "Börnli” isə "Nyukasl Yunayted” klubunu 1:0 hesabı ilə məğlub edib.
Turun digər oyunları dekabrın 15-16-da keçiriləcək.
banner

Oxşar Xəbərlər