“Koronavirus dəyişkiliyi” gələn mövsüm də qalacaq?
Beş əvəzetmə
qaydası növbəti mövsümdə də qüvvədə ola bilər.
Kaspi.az
xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) bununla bağlı
müzakirə aparıb. Müzakirə nəticəsində qaydanın növbəti mövsümdə də qüvvədə
olması ilə bağlı qərar verilib.
Qərarın
yaxın günlərdə elan edəcəyi gözlənilir. Amma bununla bağlı federasiyaların müstəqil
qərar vermək səlahiyyəti olacaq.
Yəni qərardan
yararlanıb-yararlanmamaqla bağlı müstəsna hüquq federasiyalarda olacaq. 5 əvəeztmə
ilə bağlı qərar koronavirusa görə yaranan uzun fasilədən sonra qəbul edilmişdi.
Bununla, futbolçuların zədədən qorunmasının qarşısını almağa cəhd göstərirlər.