AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İndi də oğlu ən yaxşı seçilir

İndi də oğlu ən yaxşı seçilir

İdman
09 Dekabr 2019, 14:23 209
Deyəsən, Kriştiano Ronaldonun oğlu da gələcəkdə ulduz futbolçu olacaq. 
 
Kaspi.az xəbər verir ki, "Yuventus”un uşaq komandası ( 9 yaşa qədər) "Trophеe Cavour” turnirinin qalibi olub. "Yuve” finalda "Kyeri”yə qalib gəlib – 3:2. 
 
Turnirin ən yaxşı futbolçusu isə Kriştiano Ronaldonun oğlu seçilib. O, turnirdə 3 qol vurub. 
 
Kiçik Ronaldo "Yuventus”un akademiyasında 2018-ci ildən təhsil alır. Oktyabr ayında məlumat yayılmışdı ki, kiçik Ronaldo 28 oyunda 58 qol vurub.