• cümə axşamı, 28 mart, 13:31
  • Baku Bakı 16°C

Futbolçulara hücum etdilər – sifarişçi prezidentdir?

14.11.19 13:30 882
Futbolçulara hücum etdilər – sifarişçi prezidentdir?
"Napoli”nin bir neçə futbolçusunun ailə üzvləri cinayətkarların hücumuna məruz qalıb.
Kaspi.az xəbər verir ki, hücum edənlərin "Napoli” fanatları olduğu güman edilir. Onlar Allanın mənzilinə, Petr Zelinskinin evinə hücum ediblər. Həmin vaxt Allanın ailə üzvləri də mənzildə olub.
Allan ailəsini mənzildən çıxardaraq otelə yerləşdirib. Bir müddət əvvəl məlumat yayılmışdı ki, "Napoli”nin prezidenti De Laurentis uğursuz nəticələrə görə, futbolçulara bazada məskunlaşmağı təklif edib.
Ancaq oyunçular bu təklifdən imtina edib. Prezidentə qarşı çıxanlara isə Allanın rəhbərlik etdiyi bildirilir. Güman olunur ki, futbolçulara hücum edənlər məhz klub prezidentinin sifarişini yerinə yetiriblər.
"Napoli” A seriyasında 7-ci pillədə qərarlaşıb və lider "Yuventus”dan 3 xal geri qalır.
banner

Oxşar Xəbərlər