• cümə, 29 Mart, 11:21
  • Baku Bakı 5°C

Futbol sevgisi adamı 12 metrlik ağaca çıxardırmış

18.05.20 18:27 813
Futbol sevgisi adamı 12 metrlik ağaca çıxardırmış
Mayın 16-dan Almaniya Bundesliqası bərpa olunub.
Kaspi.az xəbər verir ki, qarşılaşmalar boş tribunalar önündə keçirilir. Amma futbol sevgisini boğa bilməyən bəzi fanatlar müəyyən yollarla oyuna baxmağa can atıblar.
Berlində keçirilən "Union” - "Bavariya” qarşılaşmasında 2 azarkeş oyuna baxmaq üçün qeyri-adi üsul fikirləşiblər. Onlar stadionun divarının yanında bitən 12 metrlik ağaca çıxıblar və oyunu ordan izləyiblər.
Amma fanatlar sona qədər qarşılaşmaya baxa bilməyiblər. Polis onları gördükdən sonra fanatları ağacdan düşürüb. Amma azarkeşlərə cərimə tətbiq olunmayıb. Onlar, sadəcə stadionun ərazisindən uzaqlaşdırılıblar.
banner

Oxşar Xəbərlər