AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Evander Holifild ilə Mayk Tayson arasında üçüncü döyüş keçirilə bilər

Evander Holifild ilə Mayk Tayson arasında üçüncü döyüş keçirilə bilər

İdman
17 May 2020, 19:00 352
Amerikalı boksçu Evander Holifild həmyerlisi Mayk Taysonla ağır çəkidə üçüncü döyüşü keçirmək niyyətindədir.
 
AZƏRTAC xəbər verir ki, E.Holifild bu barədə "The 3 Point Conversion" "YouTube” kanalına verdiyi müsahibəsində bildirib. Əlli yeddi yaşlı boks ustası qeyd edib ki, onun nümayəndələri bu barədə danışıq aparırlar. Razılıq isə hələ əldə olunmayıb.
 
Qeyd edək ki, bundan əvvəl hər iki boksçu xeyriyyə məqsədi üçün rinqə qayıdacağını bildirmişdilər.
Xatırladaq ki, 1997-ci ildə E.Holifildə qarşı revanş matçında M.Tayson rəqibinin qulağını dişləyərək bir hissəsini qoparıb. Döyüş dayandırılıb və amerikalı ağırçəkili boksçu 3 milyon dollar cərimə olunmaqla, həm də diskvalifikasiya olunub.
 
E.Holifild M.Taysonla iki dəfə qarşılaşıb və hər ikisində ona qalib gəlib.
Evander Holifild son döyüşünü 2011-ci ildə keçirib. Aktivində 44 qələbə və 10 məğlubiyyət var. "Dəmir Mayk” ləqəbli M.Tayson isə peşəkar karyerasını 2005-ci ildə bitirib. O, karyerası ərzində 58 döyüş keçirib, onların 50-də qələbə (44-ü nokautla) qazanıb, 6-dan məğlub ayrılıb.