• cümə, 29 Mart, 09:18
  • Baku Bakı 5°C

Çempionlar Liqası cavab oyunları ilə bərpa olunur

07.08.20 11:15 913
Çempionlar Liqası cavab oyunları ilə bərpa olunur
UEFA Çempionlar Liqasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış 2019/2020 mövsümü bu gün qaldığı yerdən davam edəcək.
"Report"un məlumatına görə, Avropanın bir nömrəli klub turniri 1/8 final mərhələsinin cavab görüşləri ilə bərpa olunacaq.
4 matçdan yarısı ilk oyun günündə, yarısı isə avqustun 8-də baş tutacaq. "Yuventus" Fransadakı ilk qarşılaşmadaminimal hesabla uduzduğu "Lion"danbunun əvəzini İtaliyada çıxmağa çalışacaq.
Gecənin digər qarşılaşmasında İspaniya "Real Madrid"i ilə İngiltərə təmsilçisi "Mançester Siti" münasibətlərinə aydınlıq gətirəcəklər. Madrid səfərində 2:1 hesablı qələbəyə sevinən "şəhərlilər" üstünlüklərini qorumaq niyyətindədirlər.
Sabah isə "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) və "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) oyunları keçiriləcək.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
7 avqust
23:00. "Yuventus" (İtaliya) - "Lion" (Fransa)
İlk oyun - 0:1
23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)
İlk oyun - 2:1
Qeyd edək ki, Çempionlar Liqasının qarşılaşmaları 1/4 finaldan "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.
banner

Oxşar Xəbərlər