AZE | RUS | ENG |


"DİL" (esse)

HERMAN HESSE

Yazıçı bütün başqa şeylərdən daha çox dilin kasıblığından və qeyri-mükəmməlliyindən əziyyət çəkir. Bəzən o, bu aciz və dəyərsiz "silahla" işləməli olduğuna görə dilə, daha doğrusu özünə nifrət edir, günahlandırır və lənətləyir. Yazıçı Şimal qütbündən Afrikaya qədər hər kəsin anlaya biləcəyi bir dili olan   rəssama da həsəd aparır, bütün bəşəri dillərdə danışa bilən və bir-birindən fərqlənən, yeni monoton melodiyadan tutmuş çoxsəsli orkestrə qədər, trubadan tutmuş klarnetə qədər, skripkadan arfaya qədər çox müxtəlif ona tabe olan  dillərin səslərindən istifəadə edən musiqiçiyə də həsəd aparır. 
   Yazıçının ən dərin paxıllığı musiqiçiyədir. Çünki o, bu dili ancaq musiqiylə məşğul olmaq üçün istifadə edir! Yazıçı isə ədəbiyyat üçün məktəbdə dərs keçilən,  ticarət müqavilələri bağlanan, teleqramlar yazılan, məhkəmələrdə danışılan dili istifadə etmək məcburiyyətindədir. Yaradıcılığından ötrü öz üsulları, öz yaşayış yeri, öz bağçası, aya baxmaq üçün öz pəncərəsi olmayan, adi həyatla hər şeyi bölüşməli olan yazıçı çox kasıbdır. "Ürək" deməklə insanın içindəki həycanı, titrəyişi əsl mahiyyətini, xüsusiyyətlərini və zəif nöqtələrini nəzərdə tutan yazıçı, həm də bununla adi bir əzələni dilə gətirir. "Güc" deyərək o, bu sözün mühəndis və ya elektrotexniklə bir işlənməsi üçün mübarizə aparmalı olur. Çünki onların sahəsində istifadə olunan anlayışdır.  "Xoşbəxlik, səadət" yazarkən isə, həmin obraz ilahi varlığa tərəf yönəlir. Elə bir söz yoxdur ki, o eyni vaxtda bir neçə məna daşımasın. O bir nəfəsdə dəxilsiz, yad fikirləri bir araya gətirir və dar divarlar – çərçivələr arasında çarpışıb, tam deyilə bilməyib sönür. 
   Yazıçı özündə var olandan, bacardığından daha çox verə biləcək qədər hiyləgər deyil. O, anlatmaq, demək istədiyinin onda birini, heç yüzdə birini belə oxucuya ötürə bilmir. Onu yüngülvari, heç olmasa ötəri, müəyyən qədər, təxminən anlayan, başa düşən olsa çox şad olar. Bundan artığına yazıçı çox nadir hallarda nail olur. O, təriflənən və ya tənqid olunan yerlərdə,  uğur qazandığı və ya gülüş doğurduğu yerlərdə, sevildiyi və ya sevilmədiyi yerlərdə söhbət onun öz düşüncələri və xəyallarından deyil, dilin dar kanalından keçirərək ortalığa çıxara bildiyindən və oxucuların qəbul edə bildiyindən gedir. 
   Çünki insanlar dəhşətli dərəcədə mübarizə aparırlar. Lakin bu mübarizədə bir qrup yaradıcı gəncin bütün çətinliklərə baxmayaraq, yeni dil, yeni ifadələr gətirməyə cəhdi  həyatla deyil, ölümlə qarşı-qarşıya dayanmağıdır. Axı həmvətənlər üçün dil nəyinki danışıq üçün vasitədir, o həmdə müqəddəs bir varlıqdır. Onlar üçün müqəddəs olan dil hamıyla bölüşülən, təklik haqqındakı bütün  fikirləri uzaqlaşdırandır. Həmvətənlər ümumdünya dil idealını əzizləyib saxlayırlar. Lakin həmvətənlərin ümumdünya dili heç də yazıçının arzuladığı kimi, xəyal etdiyi kimi deyil. Onun üçün bu yazı xəzinədən çıxan ləl-cəvahirat deyil, sonsuz orkestr deyil, güc-qüvvəyə, sözə, kağıza qənaət edən və pul qazanmağa mane olmayan teleqraf  işarələrinin sadə yığınıdır. Axı ədəbiyyat, musiqi və buna bənzər hər şey pul qazanmaq üçün maneədir! 
   Həmvətənlər öz aralarında incəsənət dili kimi qəbul olunmuş dili öyrənəndən sonra incəsənəti anlamağa, dərk etməyə başlamışlar.  Bu cür əziyyətlə öyrəndikləri dilin yalnız incəsənətin cüzi bir hissəsi üçün olduğunu anlayanda hiddətə gəlirlər. Babalarımızın zamanında  elə maariflənmiş müdrik insanlar varıydı ki, Hayd və Motsartdan başqa Bethoveni də dərk edə bilmişdilər. Və  zamanla ayaqlaşa bildiklərini hiss etmişdilər.  Lakin Şopen, Vaqner ve List kimi bəstəkarlar meydana çıxıb onlara daha yeni bir dili – inqilabi və daha gənc dili fərəhlə qəbul etməklərini təklif edəndə, onlar buna ağız büzdülər. İncəsənət səviyyəsinin aşağı düşməsindən, yaşamaq məcburiyyətində olduqları zəmanənin pisləşməsindən şikayətlənməyə başladılar. O bədbəxtlərin başına gələn indi minlərlərə insanın başına gəlir. İncəsənət yeni simalar, yeni dillər yaradır, yeni tərzdə danışmağı və özünü ifadə etməyi öyrənir. Dünənki, srağagünkü dillərdən artıq beziblər. Onlar bütün çərçivələri dağıtmaq istədiklərinə görə həmvətənlər qəzəbə gəliblər. Onlara elə gəlir ki, onları ələ salırlar, dəyərlərini kökündən qoparıb ayırırlar, bu səbəbdən də başlarını öz "təhsil örtülərinin" altında gizlədirlər. Amma cüzi bir sıxıntıdan məhkəməyə qaçan həmvətənlərimiz isə hər an  təhqirlə üzləşirlər. 
   Lakin bu qəzəb və narahatlıqlar həmvətənlərimizin yaxasını buraxmır, əsəbhlərini sakitləşdirmir.  Həmvətənlərinə  acığı tutmağa haqqı olan rəssam isə öz əsəbini, hirsini, nifrətini yeni dili yaratmaqla boşaldır. O, başa düşür ki, təhqir etmək çıxış yolu deyil, təhqir edən həmişə haqsızdır!  Bizim dövrdə rəssamın öz şəxsiyyətindən başqa heç bir idealı yoxdur. Özü kimi olmaq və fitrətən ona veriləni ifadə etmək istəyindən başqa heç bir arzusu olmadığından, o, həmvətənləri ilə olan düşmənliyini, əsəbini yeni bir formada –  ironiya və qrotesklə gözəl və xoş bir hissə çevirir. 
   Təbiətin necə də çox dili var və insanların təbiətlə ünsiyyət üçün yaratdığı nə qədər dillər var! Sanskrit (Hind-Avropa dil ailəsinin, Ari dilləri qrupunun Hind qoluna mənsub qədimi dil olmaqla yanaşı, Hinduizm, Buddizm, Caynizimin ibtidai ədəbi dilidir) və Volapük (Alman katolik keşişi Yohan Martin Şleyer tərəfindən 1879-cu ildə yaradılan süni beynəlxalq danışıq dili. – Volapük tərcümədə  "ümumi dil" mənasını verir.) arasındakı dövrdə insan tərəfindən yaradılmış bir neçə min qrammatika çox cüzi bir nəaliyyətdir. Ona görə cüzidir ki,  bu qrammatikalar ən vacib olanlarla kifayətlənirlər. Ən vacibi isə vətəndaşlar üçün qazanc yeri, çörək və sairədir. Bu isə dilin inkişafı, çiçəklənməsi üçün heç nə vermir. İnsan dili (qrammatikanı nəzərdə tuturam)  hələ heç vaxt pişiyin quyruğunu burmaqla göstərə bildiyini, cənnət quşunun gəlinlik paltarında saçdığı gümüşü səpintilərin gözəlliyinə, xəfifliyinə, canlılığına, parlaqlığına çata bilməmişdir. 
    İnsan özü kimi qalaraq, qarışqalara və arılara oxşamağa can atmadan belə cənnət quşunu da, pişiyi də və başqa heyvanları və bitkiləri də üstələyə bilmişdir. O, hiss və fikirlərini ifadə etmək üçün  alman, yunan və ya italyan dillərindən də gözəl dillər fikirləşib tapıb. Sanki bir möcüzə kimi həyata dini, rəssamlığı, memarlığı, fəlsəfəni qatdı, musiqini yaratdı. Bunların özünü ifadəsi bütün cənnət quşalarından və kəpənəklərdən də gözəldir. Mən "İtalyan rəssamlığı" deyəndə minlərlə düşüncələr, fikir axını, xorun ilahi bir gözəlliklə oxuyan səsi, müxtəlif alətlərin səsi, mərmərli məbədlərin sərinliyini eşidir, monaxların və madonnaların duaları zamanı təzimlərini görürəm. Və ya Şopeni düşünürəm – gecə mülayim və melanxolik  mirvari səslərə bürünür, musiqi alətinin simlərində vətən həsrəti yalnızlıqda ah-zar edir. Minlərlə termin, rəqəm, hərf və fomullarla ifadə oluna biləcək bu yanğı, bu intizar  musiqi dilində  daha gözəl əks olunur. 
   Doğurdan da, kim ciddi-ciddi düşünür ki, "Verter" (Hötenin "Gənc Verterin iztirabları” romanı) və "Vilhelm Meyster" (Hötenin "Vilhelm Meysterin təhsil illəri” romanı) eyni dildə yazılıb?! Jan Pol (alman yazıçısı) bizim indiki müəllimlərin danışdığı dilində danışıb?! Onlarsa yazıçılardır. Onlar bərbad, eybəcər, kasıb, başqa şeylərdən ötrü icad olunmuş bir dillə işləməli olublar! "Misir" sözünü deyərək sən Allahı tərif edən güclü, möhkəm akkordlu dili eşidəcəksən. O dil ki, əbədilik və sonsuzluq dilidir. Milyonlarla qulların, bütün hər şeyin üzərindən padşahlar daşlaşmış baxışlarla baxır. Lakin bircə ölümün qaranlıq baxışları dəyişilməzdir; müqəddəs heyvanlar donub qalıb; rəqqasələrin əlində incə lotos gülləri gözəl ətir saçır. Kainat, ulduzlu gecə, saysız-hesabsız dünyaları dolduran təkcə bir söz – "Misir"! Arxası üstə uzanıb bir ay heç nə barəsində düşünməmək olar. Və birdən adamın ağlına nəsə gələ bilər. Sən "Renuar” (fransız rəssamı) eşidirsən və bütün dünyanın necə  çəhrayı, parlaq və sevincli çalarlardan ibarət olduğunu görüb gülümsəyirsən. "Şopenhauer"  söyləyirsən  və elə həmin dünya həmin andaca əzab çəkən, yuxusuz gecələrdə öz kədərini səcdəgah edən bir insanın çətin, uzun yollarla, qəmli bənizlə susqun sonsuzluğa, naməlum və kədərli cənnətə doğru yürüyən cizgilərinə çevrilir. Və yaxud da ki, daxilində "Valt və Vult" (Jan Polun "Qeyri-sabit illər" romanının qəhrəmanları) səslənir və ətrafındakı buludlar janpolsayağı Almaniya sakininin dəhşət içində yaşadığı iki qardaşa bölünmüş yuvasına çevrilir. 
   Həmvətəni fantastı dəliyə bənzətməyə meyillidir. Hissiyyatı heç vaxt onu aldatmır: əgər o, rəssam, filosof, dindar kimi özünü daxilindəki dərinliyə, uçuruma buraxsa dəli olar. Biz bu daxili dərinliyi nə qədər ruh adlandırsaq da,  məhz o  həyatımızın hərəkət səbəbidir. Həmvətənin özü və ruhu arasındakı sədd isə şüur, mənəviyyat, təhlükəsizlik üsullarıdır. Və onun üçün daxili dərinlikdən heç nə gəlmir. Çünki daxilində hamısı qorunub saxlanılır. Rəssam isə hər zaman ruhuna, ürəyinə yad olan yerlərə şübhə ilə yanaşır. O, müdafiə olunan səddi isə gizli-gizli, "o yan” və "bu yan”, "o" və "bu", "şüur" və "şüursuzluq" arasında, sanki "o, evdədir, amma həm burdadır, həm ordadır" kimi dolaşır.  
   Yazıçı bu işıqlı, həmdə həmvətəni olan  tərəfdə olarkən bütün dillərin kasadlığından zülm çəkir və həyatı özünə çox əzablı görünür. Amma o, ruhu olan tərəfdə olanda isə hər əsinti möcüzəli sözə çevrilir, ulduzların nəğməsini duyur, dağlar və bütün dünya gülümsəyir. İlahinin yaratdığı dil mükəmməldir, onda bütün hərflər və sözlər var, hər şey ifadə olunandır, hər şey səslənə bilir və hər şey bağışlanan, əfv olunandır.
 
Rus dilindən tərcümə edən: XANIM  AYDIN

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6755
GBP 1 İngilis funt sterlinqi 2.1933
TRY 1 Türk lirəsi 0.4888
KWD 1 Küveyt dinarı 5.7211
SEK 1 İsveç kronu 0.1942
EUR 1 Avro 1.8490
CHF 1 İsveçrə frankı 1.7360
USD 1 ABŞ dolları 1.7475