• çərşənbə axşamı, 19 mart, 09:47
  • Baku Bakı 8°C

Bu məhkəməni də uddular

08.07.20 10:37 776
Bu məhkəməni də uddular
"Barselona” daha bir məhkəmə çəkişməsinin qalibi olub.
Kaspi.az xəbər verir ki, "Barsa”nı Braziliyanın "Santos” klubu məhkəməyə vermişdi. İdman Arbitraj Məhkəməsi (CAS) braziliyalıların apellyasiya şikayətinə baxıb.
Məhkəmə "Santos”un iddiasını qəbul etməyib. Braziliya klubu Neymarın transferinə görə "Barsa”dan 62 milyon avro tələb edirdi.
İspaniya nəhəngi isə iddia edirdi ki, Neymarla "Santos” arasındakı müqavilə qarşılıqlı razılıq əsasında pozulduğu üçün onun transferi zamnı heç bir qayda pozuntusna yol verilməyib və futbolçunun atasına, N&N kompaniyasına əlavə kompensasiya ödəyib.
Məsələni araşdıran məhkəmə "Santos”un iddasını əsassız hesab edib. "Barselona” bir müddət əvvəl məhkəmə çəkişməsində sabiq futbolçusu Neymara da qalib gəlmişdi.
banner

Oxşar Xəbərlər