• çərşənbə axşamı, 23 aprel, 12:52
  • Baku Bakı 24°C

Beynəlxalq karate turnirinin kata yarışlarının qalibləri müəyyənləşib

18.01.20 11:41 1565
Beynəlxalq karate turnirinin kata yarışlarının qalibləri müəyyənləşib
Bakı İdman Sarayında keçirilən və 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirin kata yarışlarının qalibləri müəyyənləşib.
AZƏRTACxəbər verir ki, Məhəmməd Səttarzadə (6-7 yaş), Məhəmməd Hüseynquliyev (8-9 yaş), Salman Salmanov (10-11 yaş), Həsən Əlizadə (12-13 yaş), Hüseyn Nəsirli (14-15 yaş), Emin Namazov (16-17 yaş) oğlanlar arasında keçirilən yarışlarda qalib olublar. Qızların yarışında isə Elnurə Əzimzadə (6-9 yaş), Ramilə Heydərova (10-13 yaş), Samirə Məmmədova (14-17 yaş) birinci yeri tutublar.
"Arpaçay” karate klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı uşaq, yeniyetmə və gənclər arasında keçirilən sayca 5-ci açıq beynəlxalq turnirdə 12 ölkədən 900-dən çox idmançı mübarizə aparır.
Karateçilər yarışın ilk günündə bütün yaş qruplarında kata çıxışlarında mübarizə aparıblar. Yanvarın 18-də 6-11 yaşlı uşaqların kumite yarışları, bazar günü isə 12-17 yaşlı idmançıların döyüşləri keçiriləcək.

banner

Oxşar Xəbərlər