“Bavariya” “Arsenal”a qarşı “təxribat” törədib
"Arsenal”ın
sabiq baş məşqçisi Arsen Venger "Bavariya”nın futbolçusu Serje Qnabri barədə
danışıb.
Kaspi.az xəbər
verir ki, Qnabri 2012-2015-ci illərdə "Arsenal”da çıxış edib. Venger bildirib
ki, futbolçunun "Arsenal”la müqaviləni uzatmamağına "Bavariya” mane olub:
"O, həmişə
istedadı ilə fərqlənib. Ancaq karyerasının müəyyən dönəmində özünəinamı
çatışmırdı. Ancaq həmişə düşünürdük ki, bizdə uzun müddət kluba yüksək səviyyədə
xidmət edə biləcək futbolçu var.
Ancaq sonra
Qnabri "Vest Bromviç”dəki uğursuz icarə dönəmindən qayıtdı. Yenə də özünəinamı
çatışmırdı. Mən bütü qüvvəmlə ona kömək etməyə çalışırdım.
Onunla müqaviləni
uzatmaq üçün uzun müddət danışıq apardıq. Ancaq "Bavariya” bu məsələdə
manipulyasiya etmişdi. O, futbolçunu inandırmışdı ki, "Verder”ə keçsə, qısa
müddətdən sonra "Bavariya”da olacaq”.