• şənbə, 20 Aprel, 09:50
  • Baku Bakı 14°C

Azərbaycanın sərbəst güləş üzrə komandası Avropa ikincisi oldu

17.02.20 09:15 2343
Azərbaycanın sərbəst güləş üzrə komandası Avropa ikincisi oldu
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına yekun vurulub.
Trend-in məlumatına görə, yığmamız qitə birinciliyində ümumilikdə beş medal (1 gümüş, 4 bürünc) qazanıb. Belə ki, idmançılarımızdan Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib.
Bu nəticə ilə sərbəst güləş üzrə Azərbaycan millisi 116 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub. Rusiya 186 xalla çempionluğu təmin edib. İlk üçlüyü 95 xal yığan Gürcüstan yığması tamamlayıb.
Xatırladaq ki, Avropa çempionatında yunan-Roma güləşi üzrə də Azərbaycan millisi 2 qızıl, 4 bürünc medalla ikinci yeri tutub. Qadınlardan ibarət yığma ilə 1 gümüş, 1 bürünc medalla 7-ci olub.
banner

Oxşar Xəbərlər