AZE | RUS | ENG |

Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək

Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
Avqustun 23-dən sentyabrın 8-dək qadın voleybolçular arasında Avropa çempionatı təşkil olunacaq. Qitə birinciliyinə Macarıstan, Polşa, Slovakiya və Türkiyə birgə ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi çempionatda "C” qrupunda mübarizə aparacaq. Turnirdə voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya yığmaları ilə üz-üzə gələcəklər.
Millimiz ilk oyununu avqustun 23-də Xorvatiya yığmasına qarşı keçirəcək. Avqustun 25-də Azərbaycan–Hollandiya, ertəsi gün Macarıstan–Azərbaycan, ayın 28-də isə Azərbaycan–Estoniya görüşləri təşkil olunacaq. Yığmamız qrupda sonuncu oyununu avqustun 29-da Rumıniyaya qarşı keçirəcək.
"C” qrupunun oyunları Budapeştdə təşkil olunacaq.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964