• cümə, 29 Mart, 17:24
  • Baku Bakı 14°C

Azad Rəhimov: Çalışırıq ki, idmançılarımızı koronovirusdan qoruyaq

27.02.20 12:51 1097
Azad Rəhimov: Çalışırıq ki, idmançılarımızı koronovirusdan qoruyaq
Gənclər və idman naziri Azad Rəhimov koronovirusla bağlı Azərbaycan idmançılarının xarici ölkələrdə yarışlarda iştiraklarına məhdudiyyət qoyulması barədə məlumatlara aydınlıq gəririb.
Trend-in məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, hazırda koronavirusla bağlı hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq: "Hansı ölkələrdə təhlükə görürüksə federasiyalarla birlikdə qərar qəbul edirik. Bu gün ölkələr özləri bu məhdudiyyəti qoyurlar. Buna misal olaraq İtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub.
Çalışırıq ki, bu gün mövcud olan vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Bildiyiniz kimi 5 aydan sonra Tokio-2020 olimpiya oyunları keçiriləcək. Əsas vəziyyət ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq”.
banner

Oxşar Xəbərlər