• çərşənbə, 17 Aprel, 01:05
  • Baku Bakı 14°C

Agenti ilə danışıqlara başladılar

22.05.20 15:30 861
Agenti ilə danışıqlara başladılar
"Yuventus” sabiq futbolçusu, hazırda "Mançester Yunayted”də çıxış edən Pol Poqbanı geri qaytarmaq istəyir.
Kaspi.az xəbər verir ki, artıq klub rəsmiləri ilə futbolçunun agenti Mino Rayola arasında danışıqlar başlayıb. Məlumata görə, bosniyalı Miralam Pyaniçlə fransız Adrin Rabo "Yuve”ni tərk edəcəklər.
Turin nəhəngi bu boşluğu məhz Poqbanın sayəsində doldurmağı planlaşdırır. "Yuventus” bir ildir ki, 27 yaşlı Poqbanın qayıtmasına maraq göstərir.
Poqba MY-yə 2016-cı ildə məhz "Yuventus”dan keçib. "Qırmızı şeytanlar” bu transferə görə 105 milyon avro ödəmişdilər.
banner

Oxşar Xəbərlər