• çərşənbə axşamı, 19 mart, 08:07
  • Baku Bakı 8°C

15 yaşlı Məhəmməd Azərbaycan çempionu oldu

25.01.20 18:17 1605
15 yaşlı Məhəmməd Azərbaycan çempionu oldu
Azərbaycan Şahmat Federasiyasının binasında keçirilən kişilər arasında Azərbaycan çempionatına yekun vurulub.
Trend federasiyaya istinadən xəbər verir ki, çempionatın son turu olduqca maraqlı və dramatik keçib. 5-ci turdan turnir cədvəlində liderliyi ələ alan İsmayıl Şahəliyev son turda gözlənilmədən ağ fiqurlarla Nail Bəşiriliyə məğlub olaraq ilk pilləni təhvil vermıli olub. Baxmayaraq ki, İsmayıla ölkə çempionu adını qazanmaq üçün bu oyunda hətta heç-heçə də bəs edirdi.
İsmayılın məğlub olması 15 yaşlı Məhəmməd Muradlının işinə yarayıb. Məhəmməd ötənilki çempion Abdulla Qədimbəyli ilə heç-heçə edərək Azərbaycan çempionu adını qazanıb. Hər iki şahmatçı yekun sıralamada 6.5 xala malik olsalar da, əlavə göstəricilərə görə Məhəmməd ölkə birnciliyinin qalibi olub. Üçüncü yeri qrossmeyster Ülvi Bacarani tutub. Çempionatda qələbə 15 yaşlı "vunderkində" pul mükafatı və martın 17-dən 30-dək Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Avropa Çempionatında iştirak etmək hüququnu qazandırıb.

banner

Oxşar Xəbərlər