• şənbə, 01 Noyabr, 08:27
  • Baku Bakı 16°C

Xıdırlı kəndinə növbəti köç

01.11.25 00:09 84
Xıdırlı kəndinə növbəti köç

Ağdam rayonunun Xıdırlı kəndinə yeni köçən sakinlərə evlərinin açarları təqdim edilib.

"Report" xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, bu mərhələdə kəndə 24 ailədən ibarət 124 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

 

banner

Oxşar Xəbərlər