• cümə axşamı, 28 mart, 14:27
  • Baku Bakı 16°C

Xəzər regionunda təbiətin monitorinqi və mühafizəsi beynəlxalq mərkəzi yaradılacaq

06.10.22 09:00 788
Xəzər regionunda təbiətin monitorinqi və mühafizəsi beynəlxalq mərkəzi yaradılacaq

Xəzər regionunda təbiətin monitorinqi və mühafizəsi üzrə beynəlxalq mərkəz yaradılacaq.

“Report” xəbər verir ki, bu barədə Kalmık Dövlət Universitetinin mətbuat xidməti məlumat yayıb. Xəzəryanı ölkələrin doqquz universiteti Xəzər regionunda Təbiətin Monitorinqi və Mühafizəsi üzrə Beynəlxalq Mərkəzin yaradılması haqqında saziş imzalayıb.

Onun yaradılması təşəbbüsü ilə B.B.Qorodovikov adına Kalmık Dövlət Universiteti çıxış edib. Mərkəz kommunikasiya və “Dəhlizlər və hasilat müəssisələri”, “Alternativ enerji mənbələri və ətraf mühitin mühafizəsi”, “Xəzər regionunda səhralaşma problemləri” istiqamətlərində elmi layihələrin həyata keçirilməsi üçün monitorinq platforması rolunu oynayacaq. Mərkəzin bu ilin sonuna qədər yaradılması planlaşdırılır.

banner

Oxşar Xəbərlər