• bazar, 08 Sentyabr, 03:37
  • Baku Bakı 18°C

Xankəndiyə marşrut xətti açılır

20.07.24 00:38 2850
Xankəndiyə marşrut xətti açılır

"Hətta biz artıq müsabiqələr elan etmişik. Bərdə-Xankəndi, Bakı-Laçın marşrutu müsabiqəyə çıxarılıb, müsabiqə qalibləri elan ediləcək və tezliklə fəaliyyətə başlayacaq".

"Laçın, Şuşa, Xankəndi istiqamətində nəqliyyatın təminatı sistemi hazırlanır". Oxu.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib. O qeyd edib ki, Qarabağda həm şəhərlərarası, həm də şəhərlər daxili sərnişindaşımanın həyata keçirilməsi üçün işlər gedir: "Hətta biz artıq müsabiqələr elan etmişik. Bərdə-Xankəndi, Bakı-Laçın marşrutu müsabiqəyə çıxarılıb, müsabiqə qalibləri elan ediləcək və tezliklə fəaliyyətə başlayacaq".

A.Rzayev qeyd edib ki, yeniliklərin tətbiqi Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlarımızın daha keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasına da öz töhfəsini verəcək: "AYNA-nın tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan), Horadiz (Füzuli)-Hadrut (Xocavənd), Horadiz (Füzuli)-Laçın istiqamətlərində avtobus marşrutları fəaliyyət göstərir. İşğaldan azad olunmuş digər ərazilərdə təhlillər aparılır. Vətəndaşlar yolumuzqarabaga.az portalında qeydiyyatdan keçərək fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə, Suqovuşan qəsəbəsinə və Laçın şəhərinə səfər edə bilirlər. Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər".

banner

Oxşar Xəbərlər