• bazar ertəsi, 27 yanvar, 09:45
  • Baku Bakı 4°C

“Togg” elektromobilin istehsalı Türkiyənin müasir texnologiyalar sahəsindəki inkişafını göstərir

06.04.23 11:06 605
“Togg” elektromobilin istehsalı Türkiyənin müasir texnologiyalar sahəsindəki inkişafını göstərir

Son 10 il ərzində Türkiyənin sosial-iqtisadi inkişafı və beynəlxalq siyasi arenada söz sahibinə çevrilməsi Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, texniki elmlər doktoru Sadiq Qurbanov deyib.

Deputat bildirib ki, Türkiyə bu gün dünya siyasətində böyük rol oynayır. Rəsmi Ankaranın razılığı olmadan regionda heç bir siyasi proses həyata keçirilmir. Bütün bunların arxasında Türkiyənin iqtisadi və hərbi qüdrəti dayanır. Prezident Rəcəb Tayyib Ərdoğan dünya siyasətinin dərinliklərini bildiyi üçün hakimiyyətə gəldiyi ilk gündən ölkənin iqtisadi qüdrətini artırmağa başladı. Bu gün Türkiyədə müasir standartlara uyğun olaraq “Togg” elektromobilin istehsalı onu deməyə əsas verir ki, qardaş ölkə artıq texnoloji sahədə də irəli doğru böyük addımlar atır.

Türkiyənin elmi potensialından düzgün istifadə edən Prezident Ərdoğan yeni nəsil kadrların yetişməsinə nail olub. Məhz bu kadrların işinin nəticəsidir ki, dünya dövlətləri hərbi potensiallarını gücləndirmək üçün Türkiyədən pilotsuz uçuş aparatları almaq üçün növbəyə dayanıblar.

Deputat onu da diqqətə çatdırıb ki, qardaş ölkənin siyasi, iqtisadi, hərbi gücünün artması Azərbaycanı da sevindirir. Türkiyə istehsalı olan PUA-lar 44 günlük Vətən müharibəsində Azərbaycana böyük dəstək oldu.

NATO-nun da üzvü olan Türkiyə ordusu bu sahədə dünya dövlətləri arasında ilk yerlərdən birini tutur. Buna nail olmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğan uzun illərə hesablanmış strateji xətt həyata keçirir. Əminliklə söyləmək olar ki, bu siyasətin nəticəsində yaxın gələcəkdə Türkiyə dünyada qlobal siyasi prosesləri idarə edə biləcək dövlətə çevriləcək.

“Togg” elektromobilin istehsalı isə bir daha sübuta yetirir ki, Türkiyə heç d dünyada texnologiyanın sürətlə inkişaf etdiyi ölkələrdən geri qalmır. Əksinə, texnoloji inkişaf baxımından dünyanın bir çox dövlətlərini geridə qoyub. Bu texnologiyaların hərbi sahədə istifadəsi isə müasir dünyada olduqca vacibdir.

banner

Oxşar Xəbərlər