• şənbə, 19 Sentyabr, 01:37
  • Baku Bakı 23°C

Şəhid ailələrinə daha 36 mənzil verilib

19.09.26 00:08 20
Şəhid ailələrinə daha 36 mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Sentyabr - Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib.

Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində yerləşən mənzillərin sənədlərinin təqdim edilməsi tədbiri 4 saylı DOST Mərkəzində keçirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət tərəfindən genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıb. Qeyd edilib ki, bu tədbirlərin mühüm bir istiqaməti onların mənzillə təmin edilməsidir.

 

banner

Oxşar Xəbərlər