şənbə, 10 Iyun, 16:01

Baku Bakı 27°C

Səfirlik: Quru sərhədlər bağlanmayıb

icon 379 icon 01 iyul 2022 | 19:07 Səfirlik: Quru sərhədlər bağlanmayıb

İranın və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur.

Kaspi.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat şöbəsindən məlumat verilib.

“İctimaiyyətin sorğularına və medianın suallarına cavab olaraq sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edirik və bildiririk ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri üçün açıqdır”, - deyə səfirliyin məlumatında bildirilib.