• şənbə, 27 Iyul, 03:29
  • Baku Bakı 27°C

Seçkilərdə üç təşkilat "exit-poll” keçirəcək

27.01.24 00:04 3146
Seçkilərdə üç təşkilat "exit-poll” keçirəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) son iclasında növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar üç təşkilatın müraciətinə baxılıb.

Məsələ barədə MSK-nın sədr müavini Rövzət Qasımov məlumat verib. Qeyd edilib ki, növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC sənədlərini MSK-ya təqdim edib. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll"u ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə keçirmək niyyətindədir. Məsələ səsverməyə çıxarılıb və sözügedən təşkilatların akkreditasiyaya alınması barədə qərar qəbul edilib.

banner

Oxşar Xəbərlər