şənbə, 10 Iyun, 02:41

Baku Bakı 21°C

Sabah 31 dərəcə isti olacaq Sabah 31 dərəcə isti olacaq

icon 984 icon 29 may 2022 | 14:00 Sabah 31 dərəcə isti olacaq Sabah 31 dərəcə isti olacaq

 Mayın 30-a olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-28° isti, Bakıda gecə 17-19° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var.

Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.