• cümə axşamı, 28 mart, 21:32
  • Baku Bakı 13°C

Rəsmi Paris 150 min nəfərdən çox insanın danışmaq hüququnu əlindən alır və ya onları heçə sayır

18.03.23 15:30 510
Rəsmi Paris 150 min nəfərdən çox insanın danışmaq hüququnu əlindən alır və ya onları heçə sayır

Fransaya məxsus Korsika adasının yerli parlamentində, dövlət müəssisələrində, o cümlədən Korsika Assambleyasında debatlar zamanı Korsikan dilinin istifadəsinə qadağa qoyulması korsikalılara qarşı etnik və mədəni terrorun dövlət səviyyəsində həyata keçirildiyinin göstəricisidir. Bu, o deməkdir ki, rəsmi Paris 150 min nəfərdən çox insanın danışmaq hüququnu əlindən alır və ya onları heçə sayır. Təbii ki, bu, beynəlxalq konvensiya və hüquqa zidd qərardır. Belə bir deyim var ki, bir xalqı məhv etmək istəyirsənsə, ilk növbədə onun dilini əlindən al. Fransanın bu addımına başqa prizmadan yanaşmaq mümkün deyil. Paradoks isə ondan ibarətdir ki, bütün bunlar demokratiya, insan hüquqlarının müdafiəsinə görə Azərbaycanı qınayan bir ölkədə baş verir.

Bunu AZƏRTAC-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Uzun müddətdir ki, Fransa hakimiyyətinin, Prezident Emmanuel Makronun, Senatın, Milli Assambleyanın deputatlarının, fransız siyasətçilərin Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdiklərini diqqətə çatdıran deputat fikirlərinə belə davam edib: “Fransa Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edir, Azərbaycanı erməni xalqına, erməni dilinə hörmətsizlikdə günahlandırır, ölkəmizdə Qarabağ ermənilərinin hüquqlarının təmin edilmədiyini bəyan edir. Qısacası, Azərbaycanda olan şəraitin tam əksini təsvir etməyə çalışırlar. Elə fikir formalaşdırmağa çalışırlar ki, sanki Azərbaycan ermənilərə “soyqırımı” törədir və ya bunu etməyi planlaşdırır. Görünən odur ki, Fransanın adları sadalanan səlahiyyətli şəxsləri və qurumları öz vətəndaşlarının deyil, ermənilərin təmsilçiliyini edirdilər. Yaxşı olardı ki, onlar Azərbaycandan nümunə götürsün və öz vətəndaşlarının hüquqlarını müdafiə etsinlər. Azərbaycanda multikultural, tolerant bir mühit var. Burada yaşayan xalqların hər birinə öz dilində danışmaq imkanı yaradılıb. Hər kəs öz dininə itaət edə bilir. Burada yaşayan xalqların öz mədəni identikliyini qoruması üçün münbit şərait mövcuddur. Fransanın hər cür vasitə ilə müdafiəsinə qalxdıqları ermənilər 30 ilə yaxın müddət Azərbaycanın beşdəbir hissəsini işğal edərək, orada görünməz barbarlıq həyata keçiriblər. Vandallardan fərqli olaraq paytaxt Bakıda azərbaycanlılar ermənilərin kilsəsini olduğu kimi saxlayıblar. Hazırda həmin kilsədə kitabxana yerləşir. Həqiqətləri görmək istəməyən bir dövlətin korsikalılara da ədalətsiz münasibət sərgiləməsi heç də təəccüblü deyil. Bu addımı Fransa hakimiyyətinin əsl üzünün göstəricisi kimi də qiymətləndirmək olar”.

banner

Oxşar Xəbərlər