• çərşənbə axşamı, 27 fevral, 15:12
  • Baku Bakı 5°C

Qarabağ işğal dövründə İranın narkotrafik plantasiyasına çevrilmişdi - ŞƏRH

22.03.23 14:45 618
Qarabağ işğal dövründə İranın narkotrafik plantasiyasına çevrilmişdi - ŞƏRH

İranın siyasi sistemi qonşularına və müsəlman dünyasına qarşı yanlış addımlar atmaqda davam edir. Qibləsi Kəbə olsa da, beyəti işğalçı Ermənistan dövləti və barbar erməni siyasi sistemi olan İran, günahsız insanların ölümündə müştərək olub. 1992-ci ildən etibarən Azərbaycana qarşı xəyanət və riyakar siyasət kursunu seçən rəsmi İranın siyasi və dini hakimiyyəti müstəqil və güclü Azərbaycanın mövcudluğunu özünün feodal-mağara prizmasına əsaslanan ideologiyası üzündən həzm edə bilmir.

Bu fikirləri politoloq Amid Əliyev söyləyib.

O qeyd edib ki, insanların edamını şəriət baxımından ən ali hökm kimi icra edən İranın dini hakimiyyəti Allahın adlarından birinin "BAĞIŞLAYAN" olduğunu çoxdan unudaraq, qətlgah məhkəmələrin və alternativsiz hökmlərin bərqərar olduğu bir sistemə çevrilib. Öz vətəndaşlarına qarşı zülmkarlığı bitmədiyi halda, qonşularına, xüsusən Azərbaycana qarşı ən çirkin mövqe nümayiş etdirir.

"30 illik işğal dövründə Qarabağ İranın narkotrafik bölgəsinə və plantasiyasına çevrilmişdi. İran logistikası işğal altındakı Azərbaycan ərazisi ilə Ermənistan üzərindən dünya bazarına maneəsiz yol tapdı. Bu illər ərzində İran dövləti əlində olan kəşfiyyat məlumatlarını Azərbaycanla mübadilə etməmiş, işğala kənardan müşahidəçi qalmışdı. Din pərdəsi altında Azərbaycanın daxili işlərinə qarışan İran rəsmiləri hər zaman özünəbənzər dini hakimiyyətin Azərbaycanda da qurulmasını təşviq edib", - deyə politoloq vurğulayıb.

A.Əliyev deyib: "Rəsmi İran Birinci Qarabağ müharibəsində əsl riyakar sifətini maskalamağı müəyyən qədər bacarmışdı. Amma İranın siyasi sisteminin maskası İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi Qələbədən sonra cırıldı. İranın əsl mənfur və düşmən üzü göründü. Xankəndiyə qanunsuz yanacaq daşıyan nəqliyyat vasitələri sonradan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) diversantları ilə əvəz olundu. Azərbaycana hərtərəfli təzyiq vasitələrindən istifadə edən İranın dini və siyasi hakimiyyəti qanlı terror aktı planlaşdıraraq səfirliyimizə mənfur hücumu təşkil etdi. Həmçinin İran dini hakimiyyətinin vuran əli olan SEPAH mütəmadi olaraq Azərbaycana qarşı şifahi, yazılı və cizgi filmləri stilində çəkilən videolarla təhdidlər edir. Bundan başqa, Araz çayı yaxınlığında hərbi təlimlər təşkil edən İran bizə qarşı əzələ nümayişi etdirdi. Zəngəzur dəhlizinin açılışını əngəlləmək üçün tələsik Qafanda yarıtikilidə konsulluq açdı. İran-Ermənistan dron zavodunun tikintisini elan etdi, hava məkanları qarşılıqlı olaraq açıldı. Hər iki işğalpərəst dövlət Azərbaycanın yeni əməkdaşlıq təkliflərindən irəli gələn fikirləri özlərinin qırmızı xətləri kimi dəyərləndirdilər. Bu gün də Azərbaycana qarşı SEPAH və İranın dini hakimiyyəti tərəfindən təhdidlər məzmunca yeni çalarlarda davam edir. İki gün öncə Azərbaycana "bir gün gələcəyik" devizi ilə çəkilən yeni video İran kütləvi informasiya vasitələrində də tirajlanmağa başlanıldı”.

Politoloq əlavə edib ki, İranın dini lideri özünün silahdan istifadə edərək qanlı yolla hakimiyyətə gəldiyini unudub. “Özünü müsəlman müctəhidi adlandıran bir şəxs 67 məscidin dağıdılmasına göz yumaraq, müsəlmanların qətlində şərik olduğunu yaxşı bilir. 30 il ərzində Qarabağın daşını və divarını qəsb edib daşıyan İranın dini lideri nə qədər böyük bir günaha batdığını da unutmayıb. Görünür ki, heç tövbə də etməyib. Etsəydi, İranın eyni davranışları bu gün təkrarlamazdı. Ermənistanla siyasi, iqtisadi siyasətini artırmaqda səy göstərən İran ağaları özlərini nə qədər çətin bir oyuna saldıqlarını görəsən anlayırlarmı?”. (Azərtac)

banner

Oxşar Xəbərlər