• çərşənbə, 24 Aprel, 06:48
  • Baku Bakı 13°C

Qaçqınların statusuna yenidən baxılması təklif edilir

01.02.23 13:35 830
Qaçqınların statusuna yenidən baxılması təklif edilir

Milli Məclisin yaz sessiyası müddətində Qərbi Azərbaycandan olan qaçqınların statusuna yenidən baxılması təklif edilib.

Kaspi.az xəbər verir ki, bu təkliflə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov parlamentin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında çıxış edib.

"Hesab edirəm ki, statusla bağlı qanunvericiliyə ediləcək dəyişikliklər Qərbi Azərbaycana qayıdış konsepsiyasına öz töhfəsini vermiş olacaq", - o qeyd edib.

Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yekun iclasında Qayıdış Konsepsiyası qəbul edilib.

Konsepsiyaya əsasən indiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlılar və onların törəmələrinin öz vətənlərinə qayıtmaq hüququ var. İcma Azərbaycan Respublikasının və Qərbi azərbaycanlıların məskunlaşdığı digər dövlətlərin əhali reyestri xidmətlərinin yardımından istifadə edərək və müvafiq beynəlxalq metodologiya əsasında İcma üzvlərinin siyahıyaalınmasını həyata keçirəcək. Bu cür siyahıyaalınmada effektiv vasitələrdən birinin aidiyyəti şəxslərin özünü təqdim etməsi olduğunu nəzərə alaraq, onları bu addıma təşviq etmək üçün vətənindən qovulmanın ciddi hüquq pozuntusu olması barədə geniş informasiya kampaniyası aparılacaq və təhlükəsiz və ləyaqətlə geri qayıtmaq yanaşmasının mahiyyəti geniş ictimaiyyətə izah ediləcəkdir.

banner

Oxşar Xəbərlər