• şənbə, 27 Iyul, 03:57
  • Baku Bakı 27°C

Politoliq: Fransanın Azərbaycanın işlərinə qarışmağa haqqı yoxdur

25.03.23 15:15 519
Politoliq: Fransanın Azərbaycanın işlərinə qarışmağa haqqı yoxdur

Azərbaycanın Ermənistan tərəfindən işğalı, həmçinin Vətən müharibəsi və postmüharibə dövründə Fransanın ATƏT-in üzvü kimi fəaliyyətsizliyi onu ölkəmizin apardığı siyasətə qarışmaq hüququndan məhrum edir. Bir sözlə, Fransanın Azərbaycanın işlərinə qarışmağa haqqı yoxdur.

Bunu AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov deyib.

Politoloq bildirib ki, Fransa sülh sazişinin imzalanması və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində iştirak hüququna malik deyil. Fransanın birtərəfli qaydada işğalçı ölkə olan Ermənistana dəstək göstərməsi onun bu prosesdə iştirakını istisna edir.

Fransanın Azərbaycana qarşı qərəzli mövqeyindən danışan X.Bəşirov deyib: “Mövqeyindən və nüfuzundan istifadə edərək müxtəlif platfomalardan ölkəmizə qarşı mövqe sərgiləyən Fransa həmçinin Azərbaycanı pisləyən qətnamələr və sənədlər qəbul edir. Bu ölkə Ermənistana dəstək olaraq sülh sazişinin imzalanması prosesinə mane olur və bu prosesi iflic vəziyyətinə salmağa çalışır.

Prezident İlham Əliyevin də vurğuladığı kimi Fransanın anti-Azərbaycan bəyanatları və qətnamələri, bir sözlə neytral olmaması onun sülh prosesində iştirakına mane olur.

Azərbaycan Fransanın bu mövqeyinə cavab olaraq onun tarix boyu yürütdüyü müstəmləkəçilik, terror, soyqırımı siyasəti ilə bağlı faktları ortaya qoyur. Fransanın Əlcəzairdə törətdiyi cinayətlər hər şeyi açıq-aydın göstərir.

Fransanın Frankofoniya təşkilatında mövqeyindən istifadə edərək kolonial siyasətini davam etdirdiyi təqdirdə Azərbaycana nəyi isə diktə etməsi yolverilməzdir"

Ölkəmizə qarşı aparılan informasiya müharibəsindən bəhs edən politoloqun sözlərinə görə, Fransanın milli maraqlar əsasında müstəqil siyasət yürüdən Azərbaycanla ultimatumla danışmağa haqqı yoxdur.

Xəyal Bəşirov vurğulayıb ki, Azərbaycan Vətən müharibəsində Zəfər qazanaraq, bu gün 30 il ərzində tar-mar edilmiş, altı üstünə çevrilmiş torpaqlarını öz gücünə bərpa edən bir ölkədir.

"Azərbaycan regionda və dünyada baş verən proseslərdə fəal iştirak edən və söz sahibi olan dövlətlərdən biridir. Azərbaycan Avropanı və Asiyanı birləşdirən təhlükəsiz Orta Dəhliz layihəsini təklif edən və Cənub Qaz Dəhlizi kimi mühüm bir layihəni reallaşdıran ölkədir.

Ölkəmizlə diktə dilində danışan Fransanın sülh prosesində iştirakı mümkün deyil. Bu o vaxt mümkün idi ki, neytrallıq olsun", - deyə Xəyal Bəşirov fikirlərini yekunlaşdırıb.

banner

Oxşar Xəbərlər