bazar, 03 Dekabr, 15:17

Baku Bakı 19°C

Naxçıvanda maaşlar 9 % artıb

icon 677 icon 24 noyabr 2022 | 13:12
Naxçıvanda maaşlar 9 % artıb


Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 596,2 manat olub.

Bu barədə “Kaspi”yə yerli Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,3 % çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,4 % artaraq 827,4 manat təşkil edib.