bazar, 04 Dekabr, 08:14

Baku Bakı 4°C

“Narkomaniyaya yox deyək!” maarifləndirmə kampaniyalarına başladı

icon 598 icon 29 sentyabr 2022 | 19:03 “Narkomaniyaya yox deyək!” maarifləndirmə kampaniyalarına başladı

“Gənclər üçün narkomaniyaya və tütünə yox deyək!” maarifləndirmə kampaniyalarının aparılması” layihəsinə start verilib. Layihə “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilir. 

İctimai Birliyinin mətbuat xidmətindən bildirildi ki, narkomaniya ilə mübarizə dövlətlə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da əsas prioritet vəzifələrindən biri olmalıdır. Bu məqsədlə “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi regionlarda olan gənc və yeniyetmələr, təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin və tütün məmulatlarının insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat təşviqat kampaniyalarına və təlimlərə start verib. Layihənin icrası zamanı əsas vəzifəmiz bu layihədə nəzərdə tutulan “Narkomaniyaya yox deyək!” təbliğat kampaniyasının regionlarda təşkilinə nail olmaq, gənclər və yeniyetmələr arasında dinləmələr keçirmək və həkim psixoloqların iştirakı ilə mühazirələr təşkil etməklə problemi minumuma endirməkdir.

Təlimlər və monitorinqlər Füzuli, Beyləqan, İmişli, Biləsuvar və Şirvan rayonlarında aparılacaqdır.