• cümə, 26 Aprel, 09:25
  • Baku Bakı 12°C

Naqif Həmzəyev vətəndaş qəbulu keçirib - FOTOLAR

06.07.22 11:30 784
Naqif Həmzəyev vətəndaş qəbulu keçirib - FOTOLAR

Milli Məclisin deputatı Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirib.
Görüşdə millət vəkili Naqif Həmzəyev vətəndaşları fərdi və kollektiv formada dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb. Vətəndaşlar tərəfindən səsləndirilən əsas məsələlər sırasında məşğulluq, sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi ilə bağlı məsələlər başlıca yer alıb.
Naqif Həmzəyev görüş iştirakçılarına bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaqdır. Bir neçə məsələ yerindəcə həllini tapıb.

 

 

 

banner

Oxşar Xəbərlər