• çərşənbə, 24 Aprel, 04:26
  • Baku Bakı 14°C

Millət vəkili seçiciləri ilə görüşdü - FOTOLAR

21.07.22 16:50 1322
Millət vəkili seçiciləri ilə görüşdü - FOTOLAR

Milli Məclisin deputatı Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatının inzibati binasında seçiciləri ilə görüşüb.

Kaspi.az xəbər verir ki, mütəmadi olaraq keçirilən görüşdə millət vəkili Naqif Həmzəyev vətəndaşlar tərəfindən səsləndirilən problemləri diqqətlə dinləyivb, müraciətlərin tez bir zamanda müsbət həlli üçün adiyyatı qurumları məlumatlandıracağını bildirib.

Görüş zamanı vətəndaşları narahat edən problemlər qeydiyyata götürülüb. Qəbula gələnlər tərəfindən səsləndirilən əsas məsələlər sırasında məşğulluq, sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi ilə bağlı məsələlər başlıca yer alıb.

Səmimi qəbul vətəndaşlar tərəfindən müsbət qarşılanıb. Seçicilər onların sosial problemlərinin həlli istiqamətində göstərdiyi böyük diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

banner

Oxşar Xəbərlər