• şənbə, 27 Aprel, 05:32
  • Baku Bakı 14°C

Məktəblərdə birinci sinfə qeydiyyat gələn həftə başlanılır - QAYDALAR

27.04.22 12:15 1441
Məktəblərdə birinci sinfə qeydiyyat gələn həftə başlanılır - QAYDALAR

Mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Bu barədə Kaspi.az-a Təhsil Nazirliyindən bildirilib.

I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına mayın 4-dən, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq.

6 may 2022-ci il tarixindən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq.

Müsahibələrin 10-31 may 2022-ci il tarixlərində ənənəvi formada həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə 11-18 iyun tarixlərində keçiriləcək.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.

2022-2023-cü tədris ili üzrə birinci sinfə qəbulla bağlı əlavə məlumatla nazirliyin saytı vasitəsilə tanış olmaq mümkündür: https://edu.gov.az/uploads/sual-cavab/2021/04/birinci-sinfe-qebul-sual-cavab.pdf

banner

Oxşar Xəbərlər