• cümə, 19 Aprel, 20:54
  • Baku Bakı 24°C

Kişinyov görüşü öncəsi Ermənistan Qarabağda vəziyyəti yenidən gərginləşdirməyə çalışır

27.05.23 06:30 541
Kişinyov görüşü öncəsi Ermənistan Qarabağda vəziyyəti yenidən gərginləşdirməyə çalışır

Azərbaycanın sülhdən danışdığı bir vaxtda Ermənistanın ölkəmiz əleyhinə təxribat-diversiya qrupu vasitəsilə hücumlar həyata keçirməsi, tez-tez şərti sərhədlərdə və cəbhə bölgəsində vəziyyəti gərginləşdirməyə çalışması bu dövlətin növbəti dəfə terrorçu mahiyyətini ortaya qoymuş olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

"Moskva görüşündən sonra Kişinyovda iki ölkə arasında yekun sülhün imzalanması ilə bağlı razılığın əldə olunacağı məqamda Ermənistanın Zəngilana diversantlar göndərməsi bir daha bunu söyləməyə əsas verir ki, düşmən yenidən Qarabağ içərisində vəziyyəti gərginləşdirməyə çalışır.

Həmçinin Ermənistan diversantlarının ərazilərimizə göndərilməsi Zəngilana qayıdacaq soydaşlarımıza qarşı müxtəlif məkrli planların olduğunu göstərir. Artıq bilirik ki, Zəngilanın Ağalı kəndinə Azərbaycan vətəndaşları geri qayıdıblar. Yaxın zamanda Zəngilanın digər bölgələrinə də vətəndaşlarımızın qayıdışı planlaşdırılır. Ona görə də bu gün Ermənistan qəsdən Zəngilana diversant göndərib orada mina basdıraraq soydaşlarımıza qarşı hansısa terror aktları həyata keçirə bilərdi.

Hər halda sərhədçilərimizin ayıq-sayıqlığı nəticəsində növbəti dəfə Ermənistanın məkrli planları ifşa edildi",- deyə politoloq vurğulayıb.

O bildirib ki, Kişinyov görüşü öncəsi Zəngilanda həyata keçirilən diversiya hücumu mütləq şəkildə daha aydın dəyərləndirilməlidir. Həm Qərb, həm də Rusiya Ermənistanı bu hərəkətlərinə görə ciddi şəkildə təzyiqlərə məruz qoymalıdır. Əks təqdirdə, Azərbaycan sülhdən danışdığı halda, Ermənistan yenə də təxribatlara davam edəcək.

banner

Oxşar Xəbərlər