• cümə, 19 Aprel, 10:33
  • Baku Bakı 13°C

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

04.12.22 10:15 615
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

Dekabrın 4-ü saat 03:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

banner

Oxşar Xəbərlər