• şənbə, 26 Iyul, 11:52
  • Baku Bakı 26°C

“Kaspi”nin əməkdaşı qalib oldu

25.07.25 15:48 211
“Kaspi”nin əməkdaşı qalib oldu

“Kaspi” qəzetinin əməkdaşı Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən "Fərdi jurnalist müsabiqəsi"nin qalibi olub. Belə ki, “Kaspi”nin müxbiri Aygün Cəfərova "Ən yaxşı müsahibə" nominasiyası üzrə qaliblər sırasındadır. 

Bundan başqa, "Global Media Group"a daxil olan "Oxu.az"dan, "Caliber.az"dan ayrı-ayrılıqda bir,  "Report"dan və Baku tv-dən isə iki nəfər müxtəlif nominasiyalar üzrə yer tutub.

Belə ki, Aləmdə Nəsib (Oxu.az) "Ən yaxşı müsahibə", Vüsal Lalayev (Baku tv) “Ən yaxşı sosial-iqtisadi reportaj”, Emin Tarverdiyev (Baku tv) "Ən yaxşı tematik (idman, mədəniyyət və s. repotaj), Sayad Həsənli (Report) "Ən yaxşı müsahibə", Aysel Turan (Report) “Ən yaxşı reportaj”, Timur Rzayev (Caliber.az) “Ən yaxşı sosial-iqtisadi reportaj” nominasiyaları üzrə qalib olublar.

banner

Oxşar Xəbərlər