• cümə, 26 Aprel, 21:20
  • Baku Bakı 22°C

“Kaspi” nin əməkdaşı müsabiqədə qalib oldu

30.12.22 16:02 1495
“Kaspi” nin əməkdaşı müsabiqədə qalib oldu

"Global Media Group"un təsisçisi olduğu “Kaspi” qəzetinin əməkdaşı Aygün Əziz BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi tərəfindən keçirilən müsabiqənin qalibləri sırasında yer alıb.

Kaspi.az xəbər verir ki, BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi redaktor, jurnalist və bloqerlər üçün keçirilən “Azərbaycan mediasında gender həssaslığının artırlıması” adlı təlimin davamı olaraq, iştirakçılar arasında müsabiqə elan edib.

Müsabiqəyə təqdim olunmuş materiallar Azərbaycanda qız uşaqlarının dəyərinin təşviqi və doğulan uşaqlar arasında cins nisbətinin pozulması problemini işıqlandırıb.

Aygün Əzizin müsabiqə üçün yazdığı “Stereotiplərə ilişib qalanlar- PROBLEM” adlı məqalə münsiflərin qərarı ilə II yerə layiq görülüb.

 

banner

Oxşar Xəbərlər