• cümə, 29 Mart, 19:32
  • Baku Bakı 14°C

İran dünyadakı şər qüvvələri dəstəkləyir- ŞƏRH

22.03.23 18:15 666
İran dünyadakı şər qüvvələri dəstəkləyir- ŞƏRH

İranın ölkəmizə qarşı məkrli və düşmən siyasəti davam edir. SSRİ-nin dağılması ilə Azərbaycanın müstəqilliyə qovuşmasını İran qəbul edə bilmirdi. Ermənistanın müharibəyə başlaması və torpaqlarımızı işğal etməsi İranı rahatlaşdırmışdı. Düşünürdürlər ki, Azərbaycanın müstəqilliyi müvəqqətidir, uzun çəkməyəcək. Lakin 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın Qələbəsi İranın xislətini üzə çıxardı. İran dövləti Azərbaycanın regionun iqtisadi, nəqliyyat –kommunikasiya imkanlarından birlikdə istifadə etmək təkliflərindən imtina edərək, Ermənistanın işğalçılıq siyasətinə dəstək verir.

Bu fikirləri politoloq Yalçın Hacızadə söyləyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğalda qalmasında İranın böyük “rolu” olub. Molla rejimi Ermənistanın blokadadan çıxarılması üçün müstəsna imkanlar yaradıb. Müharibə dövründə də Ermənistanın silahlandırılmasında bilavasitə və ya digər şəkildə aktiv iştirak edib. Ona görə də İran Ermənistanın məğlubiyyətini az qala öz məğlubiyyəti hesab edir. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini 30 illik siyasətinin puç olması kimi görür.

Eyni zamanda, Azərbaycanın müstəqilliyini gücləndirməsini, regionda söz sahibi olmasını, müttəfiqlik əlaqələrini genişləndirməsini əsassız olaraq özü üçün təhdid hesab edir. Halbuki rəsmi Bakı bu zamana qədər beynəlxalq güclərin İrana qarşı olan siyasətinə, iqtisadi sanksiyalarına dəstək verməyərək, bu ölkə ilə qonşuluq münasibətlərini qoruyub. Həmçinin öz ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyib. Bütün bunlara baxmayaraq İran Azərbaycanı təhdid etmək məqsədilə işğaldan azad edilmiş dövlət sərhədimizin yaxınlığında hərbi təlimlər keçirir, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərimizə qanunsuz səfərlər təşkil edir. Bundan əlavə, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hücumu edərək, səfirlik əməkdaşını şəhid edir, təyyarələrini dövlət sərhədimizdə qanunsuz uçuşlara göndərir.

“Özünü dünyaya İslam dininin qoruyucusu kimi təqdim edən fars, molla rejiminin etdikləri İslam əxlaqına da ziddir. Minlərlə insanı qətl edən, soyqırımı cinayəti törədən, milyonlarla insanı torpaqlarından didərgin salan, onlarca məscidi dağıdan Ermənistanı özünə qardaş hesab edir və onun təhlükəsizliyi məsələsini özünün qırmızı xətti hesab edir. Bu da İranın din adı altında həyata keçirdiyi ikiüzlü siyasətidir.

İran dünyadakı şər qüvvələri dəstəkləyir. İstehsal etdikləri silahlar bu gün Ukraynada yüzlərlə insanın qətl edilməsi üçün istifadə olunur. İranın etdikləri dünyada İslam dininə qarşı mənfi imicin formalaşmasına da gətirib çıxarır.

İran dünyada sülhün bərqərar olmasına qarşı böyük təhlükədir. Əlbəttə, öz ölkəsində milyonlarla insanın fundamental hüquqlarını və azadlıqlarını məhdudlaşdıran, ağır sosial–iqtisadi vəziyyətin hökm sürdüyü, digər ölkələrdə münaqişələrin yaranması, davam etməsi üçün milyardlarla vəsait sərf edən, terror təşkilatlarını himayə edən, millətlər həbsxanası olan İranın da sonu gələcək”,- deyə Y. Hacızadə vurğulayıb. (Azərtac)

banner

Oxşar Xəbərlər